Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tehranın bu addımı Bakının əlini gücləndirəcək

Tehranın bu addımı Bakının əlini gücləndirəcək

 

 

 

 

Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşü regional əməkdaşlıq baxımından mühüm perspektivlər vəd edir

        Yenixeber.org:    Bunu  açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşündə bir sıra önəmli məsələlərin müzakirə ediləcəyini bildirib:

“Birincisi, Şimal-Cənub dəmiryolu layihəsinin başa çatdırılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Çünki tikinti işləri demək olar ki, yekunlaşmaq üzrədir. Bu layihə əhəmiyyətinə görə heç də Bakı-Tiflis-Qars qaz kəmərindən geridə qalmır. Şimal-Cənub dəmiryolu layihəsinin ta Atlantik okeanına qədər çıxmaq imkanı var. Üstəlik, layihənin Rusiya ərazisindən şərqə doğru genişlənməsi də mümkündür. Hər iki nəhəng layihədə açar rolunu Azərbaycan oynayır.

İkincisi, Xəzər dənizinin statusu ilə bağlı məsələ də gündəmdə olacaq. Yeganə destruktiv mövqe nümayiş etdirən İrandır, Türkmənistanla artıq dil tapmışıq. Əgər İran da konstruktiv mövqe tutsa, Xəzərin statusu müəyyənləşə bilər. Bu isə bölgədə əməkdaşlıq çox mühüm perspektivlər açacaq.

Üçüncüsü, Azərbaycan İranla ikitərəfli münasibətlərdə geniş əlaqələrə malikdir və bu əlaqələrin inkişafında maraqlıdır. Bu fonda Bakının Tehrandan gözləntiləri böyükdür. Çünki bu ölkədəki soydaşlarımızın İran iqtisadiyyatında böyük rolu var. Azərbaycan İrandakı soydaşlarımızın potensialının dinamikasını artırmaq niyyətindədir. Ancaq İranın siyasətində Ermənistanla əlaqələr də üstünlük təşkil edir. Bakı bu görüşdə Tehrandan İrəvana təzyiq göstərməsini istəyəcək. Ermənistan Dağlıq Qarabağ problemini xristian-müsəlman davası kimi qələmə verir. İran bu məsələnin ideloji tərəfinin nə qədər ziyanlı olduğunu qəbul etməli və artıq İrəvanla bağlı gərəkli addımı atmalıdır. Üstəlik, İran bu istiqamətdə Rusiyaya təsir göstərmək imkanına malikdir”.

Politoloq bildirib ki, İranın sözügedən məsələdə Azərbaycanın yanında olması Bakının əlini xeyli gücləndirəcək:

“Hər halda üçtərəfli zirvə toplantısı bölgənin taleyi üçün böyük rol oyanacaq və güman edirəm ki, Bakı bu görüşdən uduşla çıxacaq. Çünki Şimal-Cənub dəmiryolu layihəsinin işə salınması gəlirlərimizi artacaq. Eyni zamanda, Xəzərin statusunun müəyyən edilməsi istiqamətində sonuncu addımlar atılacaq. Ən başlıcası isə Azərbaycan bir çox ölkələrlə əlaqələrini strateji əməkdaşlıq səviyyəsinə qaldırmaqla beynəlxalq münasibətlərdə oynadığı rola aktivlik gətirəcək. Bu da Qarabağ probleminin həllində ölkəmizə əlavə güc verəcək”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və İran prezidentləri üçtərəfli görüşü noyabrın 1-də Tehranda baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam