Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Merləri erməni separatçıları ilə qardaş olan bu ölkə...- Çağırış

Merləri erməni separatçıları ilə qardaş olan bu ölkə...

 

 

Fransanın Desin-Şarpio şəhərinin meri Lorans Fotranın Dağlı Qarabağa qanunsuz səfər etməsi, erməni separatçılarının Qarabağda yeni yaratdıqları Çartar şəhəri ilə qardaşlaşmaq barədə müqavilə imzalaması çox ciddi narahatlıq doğuran bir məsələdir.

Yenixeber.org: Bu sözləri millət vəkili Qənirə Paşayeva Desin-Şarpio şəhərinin meri Lorans Fotranın Dağlı Qarabağa qanunsuz səfər etməsinə münasibət bildirərkən qeyd edib.

"Bu xəbərləri sadəcə xəbər kimi oxuyub keçməməliyik. Mətbuatda xüsusi qeyd olunur ki, Desin-Şarpio işğal altındakı bölgələrimizlə rəsmi əlaqə quran Fransanın 8 şəhərindən biridir və bu, çox ciddi narahatlıq doğurmalıdır. Rəsmi qurumlarımızla bərabər Fransada yaşayan azərbaycanlılar, diaspor təşkilatlarımız bu məsələ ilə bağlı ciddi etiraz səslərini Fransanın bütün qurumlarına çatdırmalıdırlar, etiraz bəyanatı yaymalıdırlar. QHT-lərimiz, KİV-lərimiz də bu məsələyə ciddi diqqət ayırmalılıdır. Özəlliklə xarici dillərdə yayımı olan KİV-lərimiz. Gənclərimiz sosial mediada Fransa qurumlarına fransızca etiraz səslərini çatdırmalıdırlar. Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Minsk Qrupu həmsədrlərindən biridir. Merləri işğalçıları, separatçıları dəstəkləyən bir ölkədən Minsk Qrupundə hansı ədalətli mövqe gözləmək mümkündür? Elə bu sualla Fransa rəsmi qurumlarına ciddi etirazlarımızı çatdırmalıyıq. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi onsuz da neytrallığına Azərbaycan cəmiyyətində hər zaman haqlı şübhə olub. Çünki Fransa tərəfindən bu cür addımlar bu şübhəyə kifayət qədər əsas yaradıb. Bu xəbərlər ən ciddi müzakirə mövzusu olmalıdır. Bu, böyük bir təhlükənin başlanğıcıdır", - millət vəkili qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam