Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Kürd referendumunu qəbul etmirik!-Rəsmi

 

Azərbaycanın rəsmi mövqeyi: Kürd referendumunu qəbul etmirik!

“Azərbaycan kürdlərin referendum keçirməsinə dəstək vermir. Biz İraqın ərazi bütövlüyünün pozulmasını qətiyyətlə pisləyirik. Rəsmi mövqeyimiz bundan ibarətdir”.

Yenixeber.org: Bunu politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputat qeyd edib ki, bu, təkcə Azərbaycanın yox, Türkiyənin, İranın, ABŞ-ın, Avropa ölkələrinin də mövqeyidir: 

“Bu referendumu İsrail dəstəkləyir. Ola bilsin, hansısa Avropa ölkələri də dəstəkləsin. Ancaq, ümumi yanaşma belədir ki, İraqın dağılmasını bütün dünya ölkələri pisləyir. Referendum eyni zamanda Suriyanın dağılması deməkdir. Onsuzda regionda vəziyyət qeyri-sabitdir. Bütün bunlar vəziyyəti daha da gərginləşdirir”. 

R.Musabəyov vurğulayıb ki, referendumun keçirilməsi hələ müstəqilliyin elan olunması demək deyil: “Referendum məsələsində Bərzaniyə Türkiyənin, İranın kifayət qədər sərt təzyiqləri var. Bu isə Bərzaninin İraqın mərkəzi hakimiyyəti ilə danışıqlara gedərək hansısa razılığa gəlməsinə gətirib çıxara bilər”.

Millət vəkili hesab edir ki, referendum rəsmi Bağdadla kürdlər arasında müharibənin başlanmasına səbəb olacaq: “Söhbət təkcə Kürdüstanın ayrılması yox, ona daxil olmayan ərazilərin də özlərinə qatmaq niyyətlərindən gedir. Bu, əslində Bağdadla müharibənin başlamasıdır. Ona görə də hansısa danışıqlar başlana bilər. Heç kim istəməz ki, İŞİD-lə müharibə başa çatmamış, yeni bir müharibə başlasın”. (azvision)

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam