Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Morninqstara “hücumların” sayı

   

       "Xeberinfo.com": Ötən ay ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar “Azadlıq” radiosuna verdiyi müsahibədən sonra hökumət nümayəndələri – nazirliklərdə çalışanlar, deputatlar, Prezident Administrasiyanın (PA) rəhbərinin müavinləri, özünü müxalifət kimi cəmiyyətə təqdim edən, ancaq iqtidaryönlü partiya sədrləri və daha kimlər onu tənqid atəşinə tutmadılar?

Bu hal xüsusən də PA-nın rəhbəri Ramiz Mehdiyevin məlum müsahibəsindən sonra daha geniş vüsət aldı.

Qeyd edək ki, Morninqstar müsahibəsində hökumətin monolit olmadığını söyləmişdi. Səfir həmçinin siyasi məhbuslar məsələsindən də danışmışdı.

Müsahibənin üstündən 1 aya yaxın zaman ötsə də hələ də hökumət rəsmiləri açıqlamalrında bu məsələyə qayıdır.

Kiçik bir monitorinq apardıq. Riçard Morninqstarın müsahibəsindən sonra dövlət və iqtidaryönlü mediada onun əleyhinə hökumət nümayəndələrinin yüzdən çox müsahibələrinin şahidi olduq.

Dünənə qədər səfir haqda yayımlanan yazıların monitorinqi belədi:

Teleqraf.com - 13 yazı.

Publika.az - 12 yazı.

“525-ci qəzet” – 10 yazı.  

“Yeni Azərbaycan” – 9 yaz.

“Azərbaycan” qəzeti – 6 yazı.

“Səs” informasiya agentliyi - 5 yazı

APA -  2 yazı.

Lent.az – 1 yazı.

Axar.az – 4 yazı.

Qafqazinfo.az – 7 yazı.

Aktual.az  - 10 yazı.

Virtualaz.org – 2 yazı.

AzərTAc – 1 yaz.

Siyahını çox uzatmaq olar. Elə hökumətyönlü sayt yoxdur ki, iqtidar nümayəndələrinin bir media orqanınada çıxan yazısını yayımlamasın.

 

Onu da qeyd edək ki, Ramiz Mehdiyevin AzərTAc-a məlum müsahibəsini yuxarıda adları çəkilən bütün media orqanları yayıblar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam