Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lavrovdan Qarabağ etirafı - sülhü ləngidən tək səbəb bilindi

 

Postsovet məkanındakı münaqişələrin yeganə memarının Rusiya olduğu rəsmən təsdiqləndi; konfliktlərin həllində Moskvanın ədalətli münsif olması mümkünmü? Politoloq: “Azərbaycan yeni taktikaya keçməlidir...”

Yenixeber.org: Ötən həftə sonu Rusiyanın xarici işlər naziri maraqlı bir açıqlama verdi. Bu açıqlamanın Azərbaycandan ötrü önəmi ondan ibarətdir ki, Rusiya xarici siyasət idarəsinin başçısı bizim əsas problemimiz olan Dağlıq Qarabağla bağlı ilk dəfə, bəlkə heç özü də bilmədən Rusiya adına bir etirafda bulundu.

Həmin açıqlamanı bir daha yada salmaq zərurəti var. Nazir deyib: “Rusiya məsuliyyətli dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir. Həmin bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə möhkəmləndirməyəcəyi vədi əksini tapıb. Təəssüf ki, bu bəyannamələr kağız üzərində qalıb. Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı”. 

Ən maraqlısı da elə odur ki, Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasında Dağlıq Qarabağ konfliktini də qeyd edib. Yəni belə bir qənaət hasil olur ki, Moskva postsovet məkanında Qarabağ ixtilafı kimi münaqişə ocaqlarını müstəsna olaraq öz maraqlarını təmin eləmək, həmsərhəd postsovet ölkələrinin Qərbə, NATO-ya inteqrasiyasını önləmək üçün yaradıb.

Bu - kifayət qədər açıq, ciddi bir etirafdır və daha bir neçə mühüm qənaəti doğurur: 1. Artıq şəkk-şübhə qalmır ki, Qarabağ daxil, postsovet ərazisində münaqişələrin memarı məhz Rusiyadır; 2. Nəzərə alsaq ki, Rusiya-NATO, Rusiya-ABŞ münasibətləri yaxşılaşmaqdan çox uzaqdır, əksinə, daha da gərginləşməyə doğru gedir, demək, Moskva üçün bu konfliktlərin önəmi artıb və Kreml onların həllinə imkan verməyəcək; 3. Bu, həm də onun açıq etirafıdır ki, Rusiya bu münaqişələrin həllində ədalətli vasitəçi ola bilməz, ümumiyyətlə, vasitəçi ola bilməz. Çünki Rusiyanın özü bütün bu konfliktlərdə tərəfdir: ya işğal ortağıdır (Ermənistanla), ya da işğalçının özüdür (Abxaziya, Cənubi Osetiya, Krım).

*****

Lavrovun bu açıqlamasından sonra əslində Rusiya ATƏT-in Minsk Qrupu həmsədrliyindən getməlidir. Aydındır ki, bu statusla o, ədalətli münsif ola bilməz. Fəqət, nə edəsən ki, Azərbaycan bir növ Rusiyaya şans vermək naminə və onun təhlükəli bir qonşu olması reallığını ciddiyə alıb da belə bir absurda dözmək zorundadır.

Image result for Qabil hüseynli

Dəfələrlə yazdığımız kimi, təbii ki, Rusiya Dağlıq Qarabağ konfliktini Azərbaycanın, hətta Ermənistanın maraqları çərçivəsində həll eləmək niyyətində deyil. Nədən ki, ona problemin həlli yox, özü lazımdır. Səbəblərə yuxarıda toxunuldu. Bu mənada Bakı Qarabağ ixtilafının həlli üçün belə görünür ki, Rusiya-Qərb qarşıdurmasının nə ilə sonuclanacağını da gözləmək zorundadır. 

Qərb, ələlxüsus ABŞ isə Rusiyanı yerində oturtmaq üçün bütün qeyri-hərbi rıçaqlarını artıq işə salıb. Bu rıçaqların önündə iqtisadi-maliyyə sanksiyaları gəlir. Əksər analitiklərə görə, zamanla bu sanksiyalar Rusiyanın iqtisadi-maliyyə göstəricilərini ciddi şəkildə pisləşdirəcək. Bu da böyük ehtimalla, Kremlin Dağlıq Qarabağ probleminin həllinə ənənəvi destruktiv müdaxiləsini, yaxud konfliktin həllini süni surətdə uzatmaq imkanlarını zəiflədəcək. O sırada Azərbaycan nəhayət ki, Rusiya amilinə bir elə fikir vermədən güc yolu ilə öz torpaqlarını erməni işğalçılardan təmizləyə bilər.


***** 

“ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi Moskvaya ciddi problemlər yaradacaq”. 

Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq hesab edir ki, Rusiyanın zəifləməsi Moskvanın Cənubi Qafqazdakı rolunu azaldacaq.

“Buna görə də Rusiyanın zəifləməsini və bölgədə təsirinin azalmasını gözləməliyik. Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatı fonunda Vaşinqtonun Bakıya verdiyi siyasi mesajlar Qarabağ məsələsinə yanaşma tərzinin ciddi surətdə dəyişdiyini göstərir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü ön plana çəkir. Bu baxımdan biz dünyada və beynəlxalq ictimai rəydə olan dəyişiklikləri ciddi izləməliyik. Yəni postsovet məkanındakı bütün münaqişələrə yanaşma tərzinin Dağlıq Qarabağ probleminə də tətbiq olunmasına nail olmalıyıq. Bu Bakının atacağı ilk addım olmalıdır. Hesab edirəm ki, bundan sonra Azərbaycan yeni taktikaya keçməli, ölkədə psixoloji vəziyyətin müharibə istiqamətində köklənməsi və ordunun daha da güclənməsi istiqamətində fəaliyyətini davam etdirməlidir. Çünki güclü diplomatiyanın arxasında güclü ordu dayanır. Zənnimcə, hazırda dünyada gedən bir sıra siyasi dəyişikliklər Azərbaycanın xeyrinə inkişaf etdiyindən, bunları düzgün dəyərləndirməli və ona uyğun taktikanı seçməliyik”, - deyə politoloq qeyd edib.

Q.Hüseynli yaxın zamanlarda Bakıdan ciddi diplomatik və hərbi manevrlərin gözlənildiyini də bildirib:

“Çünki Azərbaycan regionda gedən dəyişiklikləri nəzərə alır. Bu fonda Türkiyədən başqa yeni müttəfiqlərin axtarılması ön planda durur. Türk dünyasının Azərbaycana qarşı pozitiv meyli artır. Qərb, xüsusilə də Atlantika məkanı Azərbaycana əvvəlkindən daha obyektiv yanaşır. Bu fonda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səsləndirilən rəylərin real həqiqətlərə uyğun olması üçün xarici diplomatiyamız səylərini gücləndirməlidir”.

***** 

Əslində də Qarabağ məsələsində diplomatiyamızın üzərinə ordumuzdan daha böyük məsuliyyət düşür. Ən azı ona görə ki, uğurlu hərbi əməliyyatlar və onların müsbət sonuclarını dünyaya qəbil etdirmək üçün məqbul regional və beynəlxalq şərtlər lazımdır. Bu isə əlbəttə ki, diplomatlarımızın, Xarici İşlər Nazirliyinin görəvidir. Silahlı Qüvvələrimizin və diplomatiyamızın gücünü paralel (sinxron) şəkildə artırmalıyıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam