Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə və Rusiya arasında həll edilməyən yeganə siyasi problem -“Pomidor”!

 

Yenixeber.org: Məsələnin böyüməsində “erməni barmağı”nın rolu varmı...

Türkiyə və Rusiya təyyarə böhranından bu yana aralarındakı bütün problemləri həll ediblər. İki ölkə arasında bütün siyasi və iqtisadi məhdudiyyətlər aradan qaldırılıb. Ticarət həcmi və turizm əvvəlki günlərinə geri qaytarılır.

Lakin iki ölkə arasında bu vaxta qədər çözülə bilməyən tək sahə, daha konkret ifadə edilsə, tək məhsul var – pomidor.
Rusiya bu vaxta qədər türk pomidorlarının ölkə bazarına girişinə izn verməyib. Ankara isə cavab tədbirlərini həyata keçirəcəyini bildirir.

Tərəflər arasında “pomidor müzakirələri” avqustun 17-də İzmirdə aparılacaq.

“Əgər Rusiya pomidor üzərində məhdudiyyətləri götürməsə, cavab tədbirləri qaçılmazıdr. Vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil”, - Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi mətbuata bildirib.

Maraqlıdır ki, məsələ ətrafında Rusiya hökumətində fikir birliyi mövcud deyil.

Məsələn, Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç Rusiya və Türkiyənin İzmir beynəlxalq yarmarkasında türk pomidorları məsələsini müzakirə edəcəyini söyləsə də, kənd təsərrüfatı naziri Aleksandr Tkaçov tam əks mövqedən çıxış edərək, Rusiyanın pomidor məhsulu ilə bağlı məhdudiyyəti götürməyəcəyini bəyan edir.

Картинки по запросу Турецкие помидоры Tkachev

Aleksandr Tkaçov

Xatılradaq ki, Rusiya Türkiyədən kənd təsərrüfatı mallarının idxalını 2016-cı ilin yanvarın 1-dən dayandırmışdı.

Lakin iki ölkə prezidentləri münasibətlərin düzəldilməsi yolunda addımlar atdıqdan sonra tədricən bu məhdudiyyətlərə son verildi. 
May ayının sonlarında Rusiya və Türkiyə baş nazirlərinin müavinləri Arkadi Dvorkoviç və Mehmet Şimşək baş nazirlərin iştirakı ilə ticarətdə məhdudiyyətlərin götürülməsi ilə bağlı birgə bəyanat imzaladılar. Lakin yenə də pomidor bütün bunların xaricində qaldı.

Картинки по запросу Dvorkoviç mehmet şimşek

Qeyd olunur ki, 2016-cı ilə qədər Rusiya Türkiyə pomidorlarının ən böyük bazarı olub. İxracatın 65%-i Rusiyanın payına düşüb. Təkcə 2015-ci ildə Türkiyə Rusiyaya 292,8 min ton pomidor satıb. Bu isə 280 milyon ABŞ dollarından çox pul deməkdir.

İndi mətbuatda bununla əlaqədar daha maraqlı versiyalar irəli sürülür. Çünki məsələ heç də “Rusiyanın kənd təsərrüfatının inkişaf etdirilməsində” deyilmiş. Burada “erməni barmağı”nın olmasına dair şübhələr çoxdur.

Rusiya statistikia agentliyinin məlumatına görə, 2017-ci ilin mayına qədər ölkə 276 min ton pomidor idxal edib. Bu 2016-cı illə müqayisədə 6,1% çoxdur. “Neosentr” konsaltinq şirkətinin məlumatına əsasən Rusiyaya idxal olunan pomidorlar əsasən Mərakeş (27%), Çin (19%), Azərbaycan (21%), Belarus (18%) və Ermənistandan (7%) gəlir.

Burada sonuncunun bazar payı ilə bağlı ciddi şübhələr mövcuddur.

Özü də bu şübhələri dilə gətirən erməni mətbuatının özüdür.

Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” təşkilatının verdiyi məlumata əsasən, 2016-cı ildə ölkənin Rusiyaya kənd təsərrüfatı mallarının ixracatında birdən-birə partlayış müşahidə edilib.

Belə ki, Rusiyaya pomidor ixracı həmin il 70% artıb (!).

Картинки по запросу армянские помидоры

Elə həmin vaxtlarda da Ermənistan qəzetləri Rusiyaya göndərilən pomidorların əslində erməni malı adı altında satılan Türkiyə məhsulu olduğunu dilə gətirirdilər.

Bununla bağlı Rusiyanın RBK xəbər portalında göstərilən rəqəmlər daha maraqlıdır.

Belə ki, xəbərdə 2016-cı ilin ilk beş ayı ərzində Rusiyaya pomidor idxalının bir neçə dəfə artdığı (377 min tondan 2,3 milyon tona qədər) qeyd edilir.

RBK-nın yazdığına görə, bu böyüklükdə idxalın əksəriyyəti Ermənistanın payına düşür. Yəni cəmi bir neçə ay ərzində “erməni pomidor”larının Rusiyadakı tədarükü 500000%(!) artım göstərib.

Yəni 2016-ya qədər Rusiya bazarında sadəcə 0,1 % pay sahibinə malik Ermənistan birdən birə bazarda hakim mövqeyə sahib olub.

Rusiyanın FruitNews portalının RBK-ya bildirdiyinə görə, Ermənistan bu böyüklükdə pomidor istehsalı və emalını həyata keçirməyə gücü yoxdur.

Картинки по запросу монополисты армении

Əslində cavab sadədir. Çünki ixrac edilən pomidorlar Ermənistanın deyil, Türkiyənindir. Ermənilər bu məhsulları Türkiydən, türk istehsalçılarının əlacsızılğından istifadə edərək olduqca ucuz qiymətə alıb, onu daha baha qiymətə Rusiya bazarlarına ötürürlər. İndi əgər Rusiya bazarı Türkiyənin üzünə açılsa erməni monopolistləri bu cür gəlirdən məhrum ola bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam