Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fərhad Əliyev böyük siyasətə qayıdır(?)!

 

       

     Sabiq nazirin növbəti parlament seçkilərinə partiya sədri kimi qatılacağı gözlənilir

 

   “Xeberinfo.com”: Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı yeni məlumat almışıq. Hələlik adının açıqlanmasını uyğun bilmədiyimiz bir siyasətçinın əməkdaşımızla söhbətində bildirdiyinə görə yaxın zamanlarda sabiq nazirin siyasətə qatılacağı gözlənilir.

   Məlumata görə Fərhad Əliyevin həbsdən azad olunandan sonra İngiltərəyə mütəmadi səfərləri, bu ölkənin tanınmış siyasiləri ilə görüşləri artıq məlum dairədən kənara sızmaqdadır. Bu haqda "xeberinfo.com"a  mənbə ətraflı danışdı: “Doğrudur, sabiq nazir İngiltərəyə səfərlərini bu ölkədə yaşayan və təhsil alan oğlu ilə bağlamağa çalışır. Amma məlumata görə bu səfərlərin və müxtəlif ingilis siyasətçiləri ilə görüşlərin əsl mahiyyəti başqadır. İngilis siyasətçilərin (İstər ABŞ, istərsə də İngiltərə) Fərhad Əliyevə simpatiyası həmişə olub. Bilirsiniz ki, hələ nazir fəaliyyəti dövründə də, o Qərbə meylli məmur kimi tanınırdı. Birmənalı şəkildə Azərbaycanın iqtisadi inkişafını Rusiya ilə deyil, məhz Qərblə əlaqələrdə görürdü. Görünür Fərhad Əliyevə Qərb siyasətçilərinin rəğbətini stimullaşdıran başlıca amil də budur.

   Regiondakı son siyasi yaşantılar, Rusiyanın aktivləşməsi, Avrasiya Birliyi, Azərbaycan-Rusyia münasibətlərindəki son gəlişmələr və s. Fərhad Əliyev kartının zəruriliyini artırır. Artıq Qərb gözləri “mazol” etmiş ənənəvi Azərbaycan müxalifətinə nə ümüd etmir, nə güvənir. Yeni, birmənalı şəkildə anti-Rusiya, Qərbə meyilli siyasətçiyə, və siyasi partiyaya ehtiyac var. Bu mənada ən uyğun seçim isə Fərhad Əliyevdir.

  Əgər məlumat özünü doğrultsa sentyabr ayından Fərhad Əliyevi siyasət meydanında görəcəyik. Bu vaxtdan onun siyasi partiya quruculuğuna rəsmən start verəcəyi və 2015-ci il parlament seçkilərinə partiya sədri kimi qatılacağı gözlənilir”.

 

 

   

     Kərəm

 

         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam