Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Türkiyədə tarixi referandum -Dünya liderlərindən reaksiya

 

Türkiyədə keçirilən referandumun nəticələrinə dünyanın aparıcı ölkələrindən rəsmi münasibət bildirilib.

Yenixeber.org:   Məlumata görə, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Bu, Türkiyənin daxili məsələsidir" – deyə, bildirib.

Putin isə hələ də Ərdoğanı təbrik etməyib.

Fransa prezidenti Olland "Nəticələr göstərir ki, Türkiyə cəmiyyəti planlanan islahatlar qarşısında bölünüb", – deyə, bildirib.

Ffransa prezidenti bütün siyasi tərəfləri problemləri dialoq yolu ilə həll etməyə dəvət edib.

Yunanıstan hökuməti isə yazılı açıqlama yayaraq, referendumda ortaya çıxan nəticəyə hörmətlə yanaşdıqlarını bəyan edib: "Biz, qonşu ölkədə sabitlik və demokratiyanı dəstəklləyirik. Qarşılıqlı dialoq və işbirliyinə üstünlük verəcək bir Türkiyə görmək istəyirik".

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti də Türkiyədə keçirilən referendumla bağlı bəyanat verib.

Dövlət Departamenti bildirib ki, ABŞ Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticəsi haqda ATƏT-in bəyanatı olmadan hər hansı bir şərh verməyəcək:

"Türkiyədəki referendumun nəticələrini əlbəttə ki, izləyirik. Nəticələrin təsdiqlənmədən və ATƏT-in müvafiq hesabatları olmadan isə şərh verməyəcəyik".

Almaniya kansleri  Angela Merkel də referendumun nəticələri haqda danışıb.

O, Ərdoğana qarşılıqlı hörmət prinsipləri əsasında dialoq çağrışı edib: "Almaniya höküməti Türkiyə hökumətini gözləyir. Çətin bir seçim kampanyasından sonra indi bütün siyasi güc və qruplarla sayğılı bir dialoq yolunu axtarırıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam