Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lerikdə yol çəkilişinə ayrılan 17 milyon “yeyilib” (?)!

 

 

                                                 

           

     Deputatla icra başçısının müavini bir sövdələşmə ilə Zubund kənd sakinlərini illərdir yolsuz qoyublar

 

    “Xeberinfo.com”: Son illər ucqar dağ kəndlərinə yol çəkilişləri ənənə halını alıb. İndi bir vaxtlar əlçatmaz olan Xınalıqdan tutmuş Mil düzündəki hansısa kəndə qədər bütün yollar asfaltlaşmaqdadır. Bircə Lerikin yollarından başqa...

    Redaksiyamıza lerik sakinləri tərəfindən ilginc məlumat daxil olub. Məlumata görə bu rayonun kəndlərinə yol çəkilişi məqsədi ilə ayrılan küllü miqdarda vəsait bir qrup səlahiyyətli şəxs tərəfindən mənimsənilir. Doğrudur, bəzi yollar çəkilb, amma bu 2-3 kənddən kənara çıxmır.

   Məlumata görə kəndlilərin yolsuz qalmasının başlıca səbəbkarları rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxışovla bu rayondan deputat mandatı almış İqbal Məmmədovdur. Konkret olaraq mənbəmiz bildirir ki, 2012-ci ildə Lerikin Zubund kəndinə yol çəkilişi məqsədi ilə ayrılan 17 milyon Baxışov-Məmmədov tandemi tərəfindən “buxarlandırılıb”. Dostlar icra başçısının qardaşı Cavidan Bağırovun sahibi olduğu “İnşaat” MMC-nin adı ilə bu yolun yalnız sənədlər üzərində çəkilişinə nail ola biliblər. Bu üçlüyün özfəaliyyəti sayəsində bu gün də Zubund kəndinin sakinləri nə yayda, nə də qışda rayon mərkəzinə gedə bilmirlər. Sakinlərin müxtəlif ünvanlara etiraz məktubları da “bu yolun kələ-kötürlərində ilişib qalır”.

   Ümumiyyətlə mənbəmizin bildirdiyinə görə Lerikdə əsas söz sahibi icra başçısı deyil, birinci müavin Cəlil Baxışovdur. Toxunulmazlıq statusu almış cənab Baxışovla bağlı, daha doğrusu onun müxtəlif xarakterli əməlləri ilə bağlı ziddiyyətli məlumatlar dolanır. Elə deputat İqbal Məmmədovun da istirahət mərkəzləri rayon sakinlərinin kəskin narazılığına səbəb olur.

 

    Bu məlumatlarla bağlı qarşıdakı günlərdə geniş yazı hazırlamağa çalışacağıq. Lerikdə Baxışov-Məmmədov tandeminin hansı qüdrətə sahib olduğunu, hansl əməllərə səbəb olduğunu araşdırmağa çalışacağıq.

 

 

  Adları çəkilən tərəfləri də dinləməyə hazırıq.

 

 

  Xanış        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam