Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanın sələfi lideri İŞİD-ə qoşuldu

 

Azərbaycanda sələfi liderlərindən olan Əlixan Musayev İraqda İŞİD (İraq Şam İslam Dövləti) qruplaşmasının tərkibində döyüşməyə gedib.
    "Xeberino.com": Özəl mənbədən əldə etdiyimiz məlumata görə, Ə.Musayev iki həftə öncə Türkiyə vasitəsilə Suriyaya gedərək İŞİD qruplaşmasının tərkibinə qoşulub: “Qruplaşmanın tərkibində vuruşan azərbaycanlıların əmiri vəzifəsini daşıyır. Hazırda İraqa hücuma keçən İŞİD-in tərkibində azərbaycanlı döyüşçülərə rəhbərlik edir”.
    Əlixan Musayevin telefonuna zəng çatmaması isə şübhələri bir qədər artırıb.
   Sələfilərin daxilindən verilən məlumatda qeyd olunur ki, Ə.Musayev bir ay öncəyə qədər Azərbaycanda dərs deyirmiş. Amma son vaxtlar sələfilərdən heç kim onun harda olduğunu dəqiq bilmir. Amma onlar Ə.Musayevin İŞİD-ə qoşulduğuna inanmırlar.
Qeyd edək ki, bir müddət öncə Ə. Musayevlə “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov arasında narazılıq yaranmışdı. Buna səbəbsə Ə.Musayevin Suriyaya gedən azərbaycanlıları dəstəkləməsi idi. Sələfi liderləri onun təkfirçi bəyanatlarını geri götürməyə çağırsa da, o, bu addımı atmadı və ayrıldı. Son məlumatlara görə, o, Mehdiabad məscidində fəaliyyət göstərirmiş.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam