İcra başçısının və ətrafının villaları- YENİLƏNİB
Prezidentin xəbərdarlığı da məmurları dayandıra bilmir
“Xeberinfo.com”: Ötən il fevralın 12-də Bakı Biznes Mərkəzində “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı” nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı prezident İlham Əliyev bəzi icra hakimiyyəti başçılarının öz məsuliyyətlərini dərk etmədiklərini də bildirərək demişdi: “Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burada oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm”.
Prezident İlham Əliyevin xəbərdarlıqlarla dolu həmin çıxışından bir ildən çox vaxt keçir və bu müddətə məmurların dövlət başçısının xəbərdarlığından hansısa nəticələr çıxardığını söyləmək çətindir. Doğrudur, bütün məmurları “tərəzinin bir gözünə” qoymaq doğru olmazdı. Bu gün 3-4 otaqlı mənzilində yaşayan məmurlar var. Onların arasında icra başçılarına, nazirliklərin yüksək vəzifəli şəxslərinə də rast gəlmək olar. Ancaq bəzi məmurlar bir neçə mərtəbəli villalarda yaşamağıa üstünlük verdikləri kimi, artıq xarici ölkələrdə və Azərbaycanın səfalı yerlərində çoxsaylı villalara da sahiblənirlər.
Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun bir neçə xarici ölkədə villalarının olması haqqında yayılan məlumatlar bu şəxs tərəfindən bu günə kimi təkzib olunmayıb. Həmin məlumatlata görə, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun Almaniya və Türkiyədə də villasının olduğu iddia olunurdu. Həmin məlumata görə, Şahin Məmmədovun Gürcüstanda da villaraı var. İcra başçısı tərəfindən təkzib edilməyən və medianın yaymaqda davam etdiyi məlumatlara görə, Şahin Məmmədovun Almaniyanın Münhen və Köln şəhərlərində, İstanbulun ən bahalı əraziləri olan Beşiktaş və Başakşəhərdə, Gürcüstanın turizm bölgəsi olan Batumidə villaları var.
Bundan başqa Şahin Məmmədovun paytaxtın Qaraçuxur qəsəbəsində, Abşeron rayonunun Masazır qəsəbəsində, eləcə də Qax, Qəbələ, Şamaxı və Quba rayonlarında da villaraının olması haqqında məlumatlar yayılıb. “Xeberinfo.com”a göndərilən bir məlumatda isə Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun Daşkəsən rayonun Xoşbulaq kəndində villasının olduğu qeyd edilir. Məlumatlı mənbə Şahin Məmmədova məxsus olduğu iddia edilən villanın görüntülərini də redaksiyamıza göndərib. Maraqlı məqam isə bundan ibarətdir ki, Daşkəsnin Xoşbulaq kəndində villası olan yalnız icra başçısı deyil. Belə ki, Daşkəsnin Xoşbulaq kəndində villası olduğu söylənilən Ağcabədili məmurlar aşağıdakılardır: İcra başçısı Şahin Məmmədov, onun birinci müavini Rövşən Əhmədov, icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov və rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyev. Bu şəxslərə məxsus olduğu idiia əilən villaların şəkillərini də təqdim edirik.
Əlbətdə bu məmurlar həmin villaların onlara məxsus olmadığını iddia edə bilərlər. Ancaq Daşkəsən rayonun Xoşbulaq kəndinin yerli sakinlərindən Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun villasının yerini soruşsanız, sizə şəkildə gördüyünüz ünvanı göstərəcəklər. Bundan başqa bu şəkillər çəkilən zaman , icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqovun xidməti maşını da kameraya tuş gəlib. Pensiya yaşının çatmasına baxmayaraq müqavilə ilə Ağcabədi rayon icra hakimiyyəti başçıısnın müavini və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri işləyən Əbülfət Tapdıqov xidməti avtomobilinin Daşkəsən rayonun Xoşbulaq kəndində olması faktına necə aydınlıq gətirəcək, məlum deyil. Ancaq bir məsələ məlumdur ki, bu vəzifədən və dövlət vəsaitlərindən şəxsi məqsədlər üçün sui istifadədir. Bunun cəzası isə yalnız vəzifədən kənralaşdırılmaq deyil. Azərbaycan Cinəyət Məsələsində bu əməllərlə bağlı maddə var. Biz yenə KİV haqqında Azərbaycan Respublikasının Qanuna və peşə etikamıza riayət edib, adları çəkilən şəxləri dinləməyə hazırıq. Əlbətdə, əgər onların deyiləcək sözləri varsa.
Bu gün(20.06.2014. saat 16:30) yazıda adları hallanan şəxslərdən biri Əbülfət Tapdıqov baş redaktormuzla əlaqə saxlayıb yazılanları təkzib etdi və yazıyla bağlı mövqeyini redaksiyamızın elektron ünvanına göndərdi:
"Sizin 19-06-2014-cü il tarixli “İcra başçısının və ətrafının villaları” haqqında məlumatı təkzib edərək bildirirəm ki, sizin saytınıza verilən məlumatlar yalnışdır.
Belə ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Almaniya, Türkiyə və Gürcüstanda, paytaxtın Qaraçuxur qəsəbəsində, Abşeron rayonunun Masazır qəsəbəsində, Qax, Qəbələ, Şamaxı, Quba və Daşkəsən rayonunun Xoşbulaq kəndində villalarının olduğu haqqında göstərilən məlumatlar həqiqətə uyğun deyildir.
RİHB-nın birinci müavini Rövşən Əhmədovun, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyevin və mənim Daşkəsən rayonunun Xoşbulaq kəndində villamız yoxdur.
Xidməti avtomobilin Daşkəsən rayonunun Xoşbulaq kəndində olmasına aydınlıq gətirərək bildirirəm ki, Daşkəsən rayonunun Xoşbulaq kəndində əmim oğluna məxsus fərdi yaşayış evi var. Məzuniyyətdə olduğum müddətdə mən ailə üzvlərimlə birgə 5-10 gün müddətinə ora istirahətə gedirəm. Mənim şəxsi minik avtomobilim var. Həmin vaxtı qohumlarım məni ad gününə dəvət etmişlər. Şəxsi maşınım təmirdə olduğu üçün xidməti maşınımla getmişəm.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və onun müavinləri haqqında yazılan məlumatlar həqiqətə uyğun deyil, şər və böhtandır.
Saytınızda yazılan şər və böhtan məlumatla əlaqədar məhkəməyə müraciət olunub, Məsələ hüququ müstəvidə araşdırılır. Yazılanlar sübuta yetmədiyi halda şər və böhtan yazanlar barəsində qanuni tədbir görüləcəkdir."
Aqil