Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Başçının qadın müavini vətəndaşı təhdid edir?

 

Vətəndaş Ucar rayon İH başçısnın müavini tərəfindən təzyiqlərə məruz qalıb

"Xeberinfo.com":  Məlumata görə, Ucar rayon sakini Vasif Abdullayev Aktual.az-ın redaksiyasına göndərdiyi şikayət məktubunda qeyd edir ki, Ucar rayon İH başçısnın müavini Şəhla Abdullayeva tərəfindən təzyiqlərə məruz qalıb. 

Vətəndaşın yazdıqlarını olduğu kmi təqdim edirik:


"Ucar rayonunda icra hakimiyyəti başçısının müavini, ictimai siyasi şöbənin müdiri Şəhla Abdullayevanın mənə qarşı əsassız haqsızlıqlarından, əlində olan siyasi gücün gənclərin üstündə dəyənək kimi fırlamasından boğaza yığılmışam. 


2014 cü ildə Ucar rayonunda zibilliklərin baş alıb getməsi və bu kimi sosial problemləri mətbuat gündəminə çıxarmağımdan sonra Ucar rayon İcra Hakimiyyəti tərəfindən ciddi təzyiqlərlə qarşılaşdım. 

Şəhla Abdullayeva məni arzuolunmaz insan elan edərək, bütün əlaqələrimi məhv etmək istəyir. İş o yerə çatıb ki, təsisçisi olduğum təşkilatdan belə imtinam tələb edilir. Şəhla Abdullayeva Ucar rayonunda Yeni Azərbaycan Partiyası adından məni sıxışdırmaqla məşğuldur. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu bu partiya Şəhla Abdullayeva tərəfindən sadə vətəndaşlara qarşı dəyənəyə çevrilib. Bundan əlavə, o, mənim ailə üzvlərimin dövlət işində işləmələrinə də müxtəlif yollarla əngəllər yaradır. Mən 2014 cü ildə Ucarda rayon mərkəzində zibilliklərin ləğv edilməsini istəmişdim. Yeni başçı bu işləri bu gün həyata keçirir. Ancaq müavini isə hələ də mənimlə ədavət aparır. Artıq mən Ucar rayonundan köçərək başqa yerə getmək barədə düşünürəm. Çünki burada qaldığım müddətdə şərlənərək həbs edilməkdən qorxuram. Hər zaman dövlətə və dövlətçiliyə hörmətlə yanaşdım, heç bir siyasi məqsədim olmadı, sadəcə, bir sosial problemi mətbuatda yazdığıma görə, qara siyahıya düşdüm. 

Bizim də, vətəndaş olaraq, öz ölkəmizin inkişafı naminə ictimai fəaliyyətlə məşğul olmaq haqqımız var".


Qarşı tərəf olaraq, Şəhla Abdullayevanın məsələyə münaisbətini öyrənmək istədik. Aktual.az-ın əməkdaşı xanım Abdullayevaya zəng edib özünü təqdim etsə də, o, danışmaqdan imtina edib və kobud ifadə işlədərək telefonunu qapadıb. Məcbur olub ikinci dəfə zəng edilən zaman Şəhlə Abdullayeva kobud şəkildə qışqıraraq onu narahat etməməyimizi və haqqında bəhs etdiyimiz şikayətçinin onu təhqir etdiyini bildirərək bununla bağlı müvafiq qurumlara müraciət edəcəyini deyib. 


Redaksiyadan: Prezident İlham Əliyevin “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı”  Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirdiyi fikirləri xanım Şəhla Abdullayevanın bir daha diqqətinə çatdırırıq:


"Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən, mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam