Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qarabağ münaqişəsinin həlli ABŞ-Rusiya əməkdaşlığı üçün münbit platformadır" -Keri Kavano

"Qarabağ münaqişəsinin həlli ABŞ-Rusiya əməkdaşlığı üçün münbit platformadır" -

Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ probleminin həllində Rusiya ilə əməkdaşlıq etməlidir.

Xeberinfo.com:   Bunu TASS agentliyinə Nyu-Yorkun Beynəlxalq məsələlər üzrə Şurasının eksperti, bundan əvvəl ABŞ-ın Avrasiyada münaqişələrin nizamlanması üzrə xüsusi nümayəndəsi, professor Keri Kavano bəyan edib.

“Prezident Tramp artıq Rusiya ilə əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edib. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə fəaliyyət digər sahələrdə də əməkdaşlığa təkan verə bilər. Bu, ABŞ-Rusiya əməkdaşlığı üçün münbit platformadır. Tərəflər  ümumi məqsədlərə cavab verərək qarşıdurma ehtimalını azalda,münaqişənin sülh yolu ilə həllinə töhfə verə bilərlər”, – deyə K.Kavano qeyd edib.

1999-2001-ci illərdə ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri olan K.Kavano deyib ki, Minsk prosesinin nəticə vermədiyini demək düzgün olmazdı: “Bölgədə genişmiqyaslı toqquşmaların olmaması bunun bariz nümunəsidir. Hazırda münaqişə zonasında ATƏT müşahidəçilərin sayının artırılması, təmas xəttində insidentlərin araşdırılması üçün müstəqil mexanizmin yaradılması zəruridir. Bu, atəşkəsin pozulması hallarının sayını azalda bilər. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün tərəflərin maraqlarına uyğundur”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam