Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu, böyük hadisələrin müjdəçisi, başlanğıcıdır” –Baş nazirin müavini

eli_ehmedov_yeni

Xeberinfo.com:   “Biz geriyə qaytardığımız torpaqları bir kəndin timsalında bərpa etməklə cəmiyyətin yüksək əhvali-ruhiyyəsini, ovqatını bütün dünyaya çatdırırıq, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış beynəlxalq təşkilatlara, torpaqlarımızı müvəqqəti də olsa işğal altında saxlayan erməni tərəfinə mesajlarımızı vermiş oluruq”.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov jurnalistlərə bildirib.

Baş nazirin müavini hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam tarixi addım, tarixi qərardır.

Onun sözlərinə görə, Prezidentin sərəncamı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həyata keçirilən çox əhəmiyyətli addımlardan biridir:
“Bu, böyük hadisələrin müjdəçisi, başlanğıcıdır. Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan hökuməti, Azərbaycan Prezidenti bununla işğal atında olan torpaqlarımızın geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə ortaya qoydu. Bütün cəmiyyətimizin əhvali-ruhiyyəsi və mövqeyi ondan ibarətdir ki, nəyin bahasına olursa-olsun, Azərbaycan işğal olunmuş torpaqları geri qaytaracaq, bu torpaqlar bərpa olunacaq. Bizim məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar. Bununla da, həm Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, həm də böyük tarixi ədalətsizlik aradan qaldırılacaq”.

Ə.Əhmədov qeyd edib ki, Cocuq Mərcanlıda görüləcək işlər dövlət vəsaiti hesabına həyata keçiriləcək: “Amma mən hesab edirəm ki, torpaqlarımız işğaldan azad edildikcə beynəlxalq qurumlar, iqtisadi qurumlar həmin torpaqların bərpa olunmasına yardımlar göstərəcək, qrantlar ayıracaq. Lakin bu, gələcəyin işidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam