Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“ATƏT sədrləri Qarabağla bağlı çağırışlar yox, konkret addımlar atmalıdır” -Bahar Muradova

bahar
ATƏT sədrləri Qarabağ problemilə  bağlı çağrış etməməli, konkret addımlar atmalıdır.
Mediatv.az:   Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacaqlarını bəyan edib . Biz buna şübhə etmirik. Amma bu fəallıq məsələnin ədalətli həllinə gətirib çıxaracaqmı?!  Sebastyan Kurts bu məsələyə töhfə verə biləcəkmi?!”
B.Muradova qeyd edib ki, bu suallara indidən birmənalı şəkildə konkret cavab vermək mümkün deyil. Çünki Azərbaycan artıq necə ildir ki, müəyyən proqnozların özünü doğrultmadığını görür.
MM sədrinin müavini əlavə edib ki, məsələnin sülh yolu ilə həllinə çalışmaq lazımdır: “Bir qayda olaraq, Minsk Qrupu həmsədrləri buna cağırış edirlər, amma ortada konkret nəticə yoxdur. Fəaliyyətdə olan sədrlər belə çağırışların real əmələ çevrilməsi ilə bağlı fikirlərini bölüşsəydilər, biz ona münasibət bildirə bilərdik. Amma ümumilikdə olaraq, “fəal olacayıq, bu məsələni gündəlikdə saxlamağa çalışacayıq, bu məsələ həll olunmalıdır” kimi çağırışlar fəaliyyətdə olan sədrin üzərinə qoyulan öhdəlikləri yerinə yetirəcəyinə inamı formalaşdırır”.
B.Muradova əlavə edib ki, Azərbaycan hər bir zaman Dağlıq Qarabağ münaqişəsinin həllinin nəticəsiz qalmasından narahatlığını bildirib: “Əlbəttə ki, biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin qeyri-fəal olduğunu heç zaman söyləməmişik. Onların ümumilikdə fəaliyyəti hər zaman bir fəal münasibət ortaya qoyduğunu göstərir. Ancaq biz onun nəticələri ilə bağlı narahatlığımızı ifadə etmişik ki, bu da ədalətli mövqedir. Bir qayda olaraq, ATƏT-in Minsk rupu həmsədrləri bölgəyə coxsaylı səfərlər edirlər, sosial şəbəkələrdə məsələyə münasibət bildirir, açıqlamalar verirlər. Bu məsələ zahirən çox fəal görünür. Amma nəticə yoxdur”.
Xatırladaq ki, ATƏT-in yeni sədri -Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Dağlıq Qarabağ münaqişəsinin həllinə Minsk qrupu çərçivəsində dəstəyi davam etdirəcəyini vəd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam