Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qarabağ məsələsi Tramp üçün maraqlı deyil” -Maykl Bom

Trampın prezidentliyi dövründə ABŞ-ın Qarabağ münaqişəsinin həllində iştirakı minimuma endiriləcək.

Xeberinfo.com:   Bunu virtualaz.org-a eksklüziv müsahibəsində amerikalı politoloq Maykl Bom deyib.

“Dağlıq Qarabağ məsələsinin həlli Obama administrasiyasını çox da narahat etmirdi, Ştatların daxili problemlərinin prioritet olduğunu bəyan etmiş Trampın dövründə isə Vaşinqtonun bu münaqişənin tənzimlənməsində iştirakı daha az olacaq”, - politoloq bildirib.

Maykl Bom

Bom qeyd edir ki, Ermənistan-Azərbaycan qarşıdurması da daxil olmaqla, postsovet məkanında münaqişələrin siyasi yollarla tənzimlənməsi ABŞ-ın seçilmiş prezidentinin xarici siyasət maraqlarının əsas blokuna daxil deyil.

“Buna baxmayaraq, Vaşinqton münaqişənin kəskinləşəcəyi təqdirdə, Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma bərpa ediləcəyi hallarda fəallıq nümayiş etdirə bilər”, - amerikalı ekspert güman edir.

Bununla birgə, o hesab edir ki, Azərbaycan və daha da çox Gürcüstan Cənubi Qafqazda ABŞ-ın vacib tərəfdaşlarıdır.

“Gürcüstan ABŞ-a loyallığını daha açıq şəkildə nümayiş etdirir, ələlxüsus da Amerikanın rəhbərlik etdiyi İraq və Əfqanıstan əməliyyatlarında iştirakı ilə. Azərbaycan isə ABŞ və Rusiya ilə münasibətlərində balansı qorumağa çalışır”, - bununla politoloq Gürcüstanın prioritet mövqeyini izah edib və əlavə edib ki, digər geosiyasi dünya mərkəzlərinin iştirakı olmadan Rusiya təkbaşına Qarabağ münaqişəsini tənzimləyə bilməz.

Ümumilikdə isə, Bom vurğulayıb ki, respublikaçılar hökuməti xüsusilə ticari-iqtisadi sahədə Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam