Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın ATƏT-dəki səfiri Dağlıq Qarabağ münaqişəsinin həllindən danışdı:"Avstriya ilə əməkdaşlığa hazırıq"

Lukaşeviç

“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq”.

Xeberinfo.com:  Bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç qurumun Daimi Şurasının yanvarın 12-də keçirilən iclasında deyib. 

A. Lukaşeviç Avstriya xarici işlər naziri Sebastian Kurzun ATƏT-in regional münaqişələrin həllinə yardım etmək səylərini davam etdirməklə bağlı mövqeyini dəstəklədiklərini söyləyib: "Bu həssas və kövrək prosesdə “Hippokrat qanunu”na (“zərər vurma”) riayət etmək və üç əsas prinsipi xatırlamaq vacibdir: münaqişələr sülh yolu ilə, tərəflərin bilavasitə iştirakı və maraqlarının qorunması şərtilə, eləcə də mövcud formatlar çərçivəsində həll olunmalıdır. Biz Avstriya ilə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması üçün, eləcə də Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə müzakirələrinin davamı kontekstində əməkdaşlığa hazırıq”.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Avstriyanın sədrliyi dövründə təşkilatdan gözləntilərini də açıqlayıb: "Avstriyadan sədrliyi dövründə transmilli təhdidlərə qarşı ATƏT qərarlarına müvafiq olaraq mübarizə səylərinin gücləndirilməsini gözləyirik. Sözsüz ki, terrorla mübarizə prioritet olmalıdır”

Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçib.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam