Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Müdafiə Nazirliyi Füzuli hücumunun sirrini açdı

 

“Erməni tərəfi Füzuli istiqamətində təşkil etdiyi kəşfiyyat-diversiya əməliyyatı zamanı verdiyi itkiləri gizlədir”. 

"Xeberinfo.az": Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən son günlər Ermənistan rəsmilərinin Füzuli hücumu ilə bağlı açıqlamalarında qeyd edilib. 

Mətbuat Xidməti rəsmi İrəvanın hər zaman olduğu kimi, bu dəfə də xalqını aldatdığını xüsusi vurğulayıb: 

“Erməni tərəfi növbəti dəfə öz ictimaiyyətini və kütləvi informasiya vasitələrini yanlış istiqamətə yönəltməklə Ermənistan əhalisini çaşdırır. Azərbaycan Müdafiə Nazirliyi erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərməsini, hücumun qarşısının alınması zamanı şəhid olmuş və yaralanmış hərbçilərin rütbələri, adları, soyadları göstərilməklə dərhal ictimaiyyətə ətraflı məlumat verdi. Ermənistan tərəfi isə əvvəlcə insident haqqında məlumatı gizlətdi, sonra yalnız bir nəfər yefreytorunun ölməsini dedi və yaralılar barədə heç bir açıqlama vermədi. Daha sonra isə yaralıların da olduğunu bildirdi. Yalnız hadisədən 2 gün keçdikdən sonra İrəvanda yerləşən hərbi hospitalın rəisi Aram Asaturyan Füzulu əməliyyatı zaman yaralanmış 4 əsgərin müalicə oldunduğunu, onlardan ikisinin vəziyyətinin ağır olduğunu dedi. Amma o 4 nəfərin nə rütbəsi, nə də ad-soyad göstərildi”. 

Nazirlik həmçinin ermənilərin 4 yaralı kimi təqdim etdikləri o “əsgərlər”in əslində xüsusi hazırlıq keçmiş Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri olduğunu qeyd edib: 

“Bizim məlumatımıza görə, ermənilərin 4 yaralı kimi təqdim etdikləri o “əsgərlər” əslində, xüsusi hazırlıq keçmiş Ermənistan Silahlı Qüvvələrinin nümayəndələridir. Onların cidd-cəhdlər gizlədilməsinin səbəbi də budur. 

İkinci tərəfdən, bizə onların son kəşfiyyat-diversiya əməliyyatında nə qədər itki verdikləri yaxşı məlumdur. Amma özləri açıqlamırlar və bununla da düşdükləri psixoloji gərginliyi ört-basdır etməklə, erməni xalqını aldatmaqla məşğuldurlar. 

Biz isə yalnız onu açıqlaya bilərik ki, son əməliyyat zamanı Ermənistan Silahlı Qüvvələri ciddi itki verib”. 

Qeyd edək ki, mayın 28-də erməni hərbi birləşmələri Füzuli istiqamətində diversiya kəşfiyyat qrupu keçirməyə cəhd etmişdilər. Bu cəhdin ordumuz tərəfindən qarşısının alınması zamanı bir zabit və gizirimiz şəhid olmuşdu. Bir nəfər əsgərimiz isə yaralanmışdı. 

Erməni tərəfi yalnız bir əsgərinin öldüyünü desə də, sonradan 4 əsgərinin də yaralandığını və İrəvandakı hərbi hospitalda yerləşdirilmələri haqda informasiya yaydı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam