Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Putinə qarşı dövlət çevrilişi hazırlanır” –ŞOK İDDİA

rus ekspert

Rusiyada hakimiyyət çevrilişi baş verə bilər.

Xeberinfo.com:   Bunu “Online.ua” saytına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Elita ilə Rusiya prezidenti Vladimir Putin arasında qarşıdurmanın yaşandığını bildirən ekspert sonucun Qərblə münasibətlərdən asılı olacağını bildirib:

“Təhdid təkcə 2018-ci ilin martında hansısa seçkinin keçirilməsi deyil. Putin üçün əsas təhdid 2018-ci ilin martına qədər elitada prezidentin onların maraqlarına cavab vermədiyi fikrinin ciddi şəkildə ortaya çıxmasıdır. Rejim şəxsi brendi dəyişə bilər. Qanuna uyğun olaraq bu cür rejimləri saray çevrilişləri ilə dəyişirlər. Səbəb isə kifayət qədər çoxdur. Buraya xarici siyasətdə kifayət qədər olan məğlubiyyətləri aid etmək olar. Moskvanın təbliğatı onları qələbə kimi təqdim edir. Burada bir zaman Xruşşova qarşı həyata keçirilən ssenari gerçəkləşdirilə bilər. Əgər çevriliş olsa, o zaman müxalifətin nümayəndəsi olan Aleksey Navalnı (bir müddət öncə prezidentliyə namizədliyini verəcəyini bəyan edib. – red.) ya elitanın yeni nümayəndəsinin rəqibi, ya da ki, elitanın öz nümayəndəsi olacaq. Putin elitasına göstərmək istəyir ki, Qərblə işgüzar əlaqələri dəstəkləyə bilər. Rusiya oliqarxları Qərblə işgüzar əlaqələr olmadan mövcud ola bilməzlər. Onların bütün varidatı Qərbdədir. Üstəlik, Rusiya iqtisadiyyatı Qərb kreditləri və texnologiyasından asılıdır. Oliqarxların şəxsi həyatları da Qərbdədir. Onlar öz sevgililəri, övladları, həyat yoldaşlarını burada yaşadırlar. Əgər Putin onlara bunu verə bilməsə, onlar yeni insan axtaracaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam