“Məmurların sərvətləri satılıb Prezident Fonduna qoyulmalıdır”
“Mən həmişə Əli Abbasova bir akademik kimi baxmışam və ona hörmətim olub. Amma Əli Abbasov deyəndə ki, mən ayda 300 min manat cib xərciliyi edirdim ona qarşı məndə çox böyük nifrət yarandı”.
“Təcili olaraq Eldar Mahmudovun Cenevrədə keçirdiyi görüşlər, sazişlər üzə çıxmalıdır. Bundan sonra hamı biləcək ki, Eldar Mahmudovun bu gün arxasında durub onun həbs edilməsinə mane olan qüvvələr kimlərdir”.
Xeberinfo.com: Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və MTN-in sabiq əməkdaşlarının davam edən məhkəmə prosseslərin PİA.AZ-a şərh edərkən deyib.
Bildiyimiz kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq əməkdaşlarının məhkəmə prossesi davam edir. Məhkəmə prossesində elə faktlar ortaya çıxır ki, ancaq bunu dövlətə qarşı qara ləkə kimi dəyərləndirmək olar. Buna baxmayaraq ayda 300 min manat cib xərciliyi olduğunu etiraf edən sabiq nazir və müavinləri məsuliyyətdən kənarda qalıblar. Eyni zamanda dövlətə qarşı cinayət edən sabiq nazir Eldar Mahmudov da məsuliyyətdən kənardadı.
Hafiz Hacıyev: “Bu gün Eldar Mahmudovun həbs edilməməsi Azərbaycan xalqına təhlükədir”.
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə danışıb. Partiya sədri qeyd edib ki, prezidentin yanında bir Fond yaradılmalıdır və ölkəni talan edən məmurların sərvətləri satılıb həmin Fonda qoyulmalıdır. Sonra da o Fonddan müəllimlərin, həkimlərin, təqaüdçülərin, veteranların əmək haqqları qaldırılmalıdır. Bu zaman ölkədə hamı görər ki, ədalət bərpa olunub:
“Bu məsələlər ölkəmizin imicinə böyük bir zərbədir. Çünki dünya reytinq agentliklərində də həmişə Azərbaycan korrupsiya ilə, müəyyən nöqsanlarla qarşılaşmalı olur. Bu istintaqda ortaya çıxan faktlar da bir daha sübut edir ki, həqiqətən də Azərbaycanın əksər nazirliklərində ciddi korrupsiya faktları var. Həmin nazirliklərin rəhbərləri xalqın sərvətini öz dədə-baba malları kimi bölüblər. İstintaqda açılan sirrlər də şaiyə xarakterli ola bilməz ki, bunu nə Əli Abbasov, nə də Eldar Mahmudov gizlətsin. Yəni bütün bu sirrlər ölkənin istintaq orqanlarının üzə çıxardığı faktlardır.
Buna görə də burada çox ciddi məsələ ortaya çıxır. Əgər belədirsə, niyə ayda 300 min manat cib xərciliyi edən nazir və nazirin müavinləri həmin kürsüdə oturmalıdır? Niyə o müavinlər də təcili həbs edilmir? Bu vaxta qədər dövlətin sərvətin talan edən həmin nazirlər və onların işçilərinə nəzarət edən qurum harada olub? Onlarla niyə vaxtında tədbir görülməyib? Bütün bu suallara cavab verilməlidir. Çünki onlar kimi nazirlər hələ çoxdur. Məsələn mən təklif edirəm ki, Bakının H.Əliyev prospekti üzərində və “Vorovski” deyilən sahəsində dövlət yoxlamalar keçirsin. Bunan sonra bu sirr də açılacaq ki, bu ərazilərdə milyardlarla dəyəri olan villalar hansı nazirlərindir?
Bu villalara sahib olan nazirlər bu gün də prezidentə xəyanət edirlər. Dövlət başçısı vətənini, millətini sevən bir adamdır. Amma prezidentin ətrafında olanlar dövlətin pulunu talayırlar. Onların bu talanına görə də dövlət başçısı pis vəziyyətə düşür. Bu gün ölkədə nə hadisə baş verirsə, hamısın prezidentin ayağına yazırlar.
Məsələn bir fakt deyim. Turan TV-də “Azərbaycan saatı” adlı verliş var. Orada prezidentdən başqa ikinci bir adamın adı çəkilmir. Deməli hakimiyyətin daxilində olan müəyyən qüvvələr həmin TV-ə külli miqdarda pullar ötürürlər. Baş nazirin qardaşı oğlu da onlara pul daşıyırmış. Bu yaramaz haldır. Bu barədə məndə çox ciddi faktlar var. Bunların məqsədi odur ki, öz işlərin unutdursunlar və hər bir işi də prezidentin üzərinə atsınlar.
Hafiz Hacıyev: “Dövlətin sərvətin talan edən nazirlərdə bir arxayınçılıq yaranıb ki, biz dövləti dağıtsaq da, bizim arxamızda kimlərsə dayanacaq”.
Dövlətin sərvətin talan edən nazirlərdə bir arxayınçılıq yaranıb ki, biz dövləti dağıtsaq da, bizim arxamızda kimlərsə dayanacaq. Buna görə də onlar heç bir ictimai rəyi nəzərə almırlar. Bu fakt da çox narahat edici faktdır. Dövlətin sütünü olan MTN-də bu faktlar ortaya çıxdısa, görün o biri nazirliklərdə vəziyyət necədir. İndiki nazirliklərdə MTN kimi yoxlanma aparılsa, MTN onların yanında min qat yaxşı olacaq. Mənim Heydər Əsədova dediyim iradlara görə soruşurlar ki, niyə əsas o nazirdən danışırsınız? Mənim Heydər Əsədovla heç bir düşmənçiliyim yoxdur. Amma mən görəndə ki, dövlətimizə xəyanət olunur, onu bağışlaya bilmirəm. Heydər Əsədov da yalan danışır, onun yalanına görə də qiymət qalxır. Bundan sonra da millət detir ki, prezident hara baxır?
Eldar Mahmudova müstəntiq zəng edib, Mahmudov müstəntiqi təhqir edib. Mahmudov müstəntiqə deyib ki, sənin böyüyün heç məni tuta bilməz. Görün nə qədər böyük qudurğanlıq var. Bu adamın istintaqda olan müavinlərinin, işçilərinin ifadələri dəhşətdir. Həmçinin Cenevrədə Eldar Mahmudov kimlərlə görüşüb niyə ortaya çıxmır? Yəni o Cenevrədə planladığı dövlət cevrilişindən sonra kim prezident olacaqdı, kimləri ərtafına toplayacaqdı və s. Bütün bu məsələlər qalıb kənarda. Bu cür də davam etsə, bu məsələlər heç də yaxşı nəticə verməyəcək. Yəni bu gün Eldar Mahmudovun həbs edilməməsi Azərbaycan xalqına təhlükədir.
Hafiz Hacıyev: “Dövlətin sütünü olan MTN-də bu faktlar ortaya çıxdısa, görün o biri nazirliklərdə vəziyyət necədir”.
Mən həmişə Əli Abbasova bir akademik kimi baxmışam və ona hörmətim olub. Amma Əli Abbasov deyəndə ki, mən ayda 300 min manat cib xərciliyi edirdim ona qarşı məndə çox böyük nifrət yarandı. Bütün bunlara görə də prezident qəti mövqeyin ortaya qoymalıdır. Yəni Əli Abbasovlar, Eldar Mahmudovlar hələ var.Onlar da həbs edilməlidir və yığdıqları bütün sərvətlər xalqa qaytarılmalıdır. Prezidentin yanında bir fond yaradılmalıdır və ölkəni talan edən məmurların sərvətləri satılıb o Fonda qoyulmalıdır. Sonra da o Fonddan müəllimlərin, həkimlərin, təqaüdçülərin, veteranların əmək haqqları qaldırılmalıdır. Bu zaman ölkədə hamı görər ki, ədalət bərpa olunub.
Dövlər istintaq orqanına hörmət edərək çıxan faktlara qarşı tədbir görməlidir. Yenə qeyd edim ki, təcili olaraq Eldar Mahmudovun Cenevrədə keçirdiyi görüşlər, sazişlər üzə çıxmalıdır. Bundan sonra hamı biləcək ki, Eldar Mahmudovun bu gün arxasında durub onun həbs edilməsinə mane olan qüvvələr kimlərdir. Bunların hamısı faktdır. Məsələn mən deyəndə ki, Ziya Məmmədovun oğlu Qərbdə anti-İlham Əliyev koalissiyasında birləşib, Kərimov Əlinin oğlun aparıb Senatda çıxış etdirirlər, bu zaman təhlükə qarşısında oluram. Amma mən millətim üçün canımı, həyatımı qurban verən adamam. Həmçinin prezidentimizi də bu akulaların əlində tək qoymayacam. Çünki mən nə Cenevrə görüşlərində iştirak etmişəm, nə bunlar kimi ayda 300 min manat cib xərciliyi etməmişəm, nə də dünyanın bütün yerlərində obyektlərim olub. Axıra qədər haqq-ədalət yolunda mübarizə aparacam”.