Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Böyük Britaniyanın baş naziri Tereza Mey Şimali Koreyadan danışıb

Böyük Britaniyanın baş naziri Tereza Mey Şimali Koreyanın nüvə proqramını dayandırması üçün sanksiyaları artırmağı və sərtləşdirməyi tələb edib.

Yenixeber.org independet.co.uk saytına istinadən xəbər verir ki, baş nazir hərbi müdaxiləni istisna etməsə də, problemin həll olunması üçün iqtisadi və diplomatik təzyiqləri artırmağın tərəfdarı olduğunu bəyan edib.

Şimali Koreya ballistik raketi  Yaponiya sahilinə göndərəndən iki gün sonra Tereza Mey Yaponiyaya səfər edib. Böyük Britaniyanın baş nazirinin Yaponiya səfərinin əsas məqsədi iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə etməkdir.

“Şimali Koreyanın hərəkətləri qeyri-qanunidir. Mən düşünürəm ki, bu, onların həyata keçirdiyi çox ciddi provokasiyadır” – Mey vurğulayıb.

Tereza Mey beynəlxalq ictimaiyyətin bir olub Şimali Koreyaya təzyiq göstərməsini vurğulamaqla bərabər Çinin üzərinə daha çox məsuliyyət düşdüyünü deyib.

T.Mey bəyan edib ki, Britaniya sanksiyaların artırılmasının tərəfdarıdır və Çin də məsələnin həllində önəmli rol oynamalıdır.

“Nüvə proqramını dayandırması üçün Çini Şimali Koreyaya təzyiq göstərməyə inandırmalıyıq” - T.Mey açıqlayıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam