Türkiyənin böyük qurtarışı
Mosulda girov götürülən 49 nəfər 101 gün sonra azad edildi
"Xeberinfo.com":İyunun 11-dən İŞİD-in girov saxladığı 49 Türkiyə diplomatının azad edilməsi ilə bağlı ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan və baş naziri Əhməd Davudoğlunun açıqlamaları yayılıb. Türkiyə mediası açıqlamalarda Ərdoğanın “əməliyyat”, Davudoğlunun isə “çalışma” ifadələrindən istifadəsinə fərqləndirici nüans kimi diqqət çəkiblər.
Hər iki açıqlamadan aydın olur ki, türk diplomatların girovluqdan qurtulması 24 saat içində görülmüş tədbirlərin nəticəsidir. Prezident Ərdoğan bunu “əməliyyat”, baş nazir Davudoğlu isə “çalışma” adlandırır.
Beləliklə, ölkə rəhbərlərinin açıqlamaları.
Ərdoğan: “Tam gizli şəkildə...”
“Bir müddətdir İraqda saxlanılan Mosul baş kansulumuz, ailəsi və konsulluqda olan Türkiyə vətəndaşları yapılan başarılı əməliyyatla qurtarılıb. Öncədən planlanmış, bütün detalları hesaba alınmış, tam gizlilik şəraitində bu gün gecə boyu davam edərək, səhərə yaxın başarıyla tamamlanan bu əməliyyata görə hörmətli baş nazirimizə və çalışma arxadaşlarına təşəkkür edirəm.
Milli İstihbarat (Kəşfiyyat – red.) Təşkilatımız hadisənin əvvəlindən bu gün qədər məsələni çox həssas çəkildə, səbrlə, fədəkarlıqla izləyib, nəhayət, uğurlu bir xilas əməliyyatı həyata keçirib.
Rəhbərlikdən ərazidə əməliyyata qatılan görəvlilərə qədər Milli İstihbarat Təşkilatımızın hər bir mənsubuna şəxsim, ölkəm və millətim adından təşəkkür edirəm. Bu böyük uğurlarına görə onları ürəkdən təbrik edirəm.
Əməliyyatın son dərəcə uğurla həyata keçirilməsi, vətəndaşlarımızın Türkiyəyə çatdırılması böyük Türkiyənin çatdığı səviyyənmi göstərmək baxımından da son dərəcə önəmli və dəyərlidir”.
Davudoğlu: “24 saat içində...”
“İlk anından etibarən özləri ilə təması heç kəsməmədik. 24 saat içində olduqları yeri və ətrafdakı şəraiti nəzərə alaraq çalışmalarımızı sürdürdük və nəhayə, xoşbəxt sonluğa çatdıq. Bu çalışmalarda böyük əmək sərf edən Milli İstihbarat Təşkilatı mənsublarımıza təşəkkür etməyi millətimiz adından bir borc bilirəm.
Bu gücə səhərə yaxın ilk təmaslarımız artdı və səhər saat 5-də ölkəmizə gətirildilər. Gəlişmələri gecə boyu yaxından təqib etdik. Bu mutlu olay hamımıza gözəl bir səhər bəxş etdi. Bu çalışmada iştirakı olan hər kəsə təşəkkür edirəm. Məsuliyyətlə davranan media mənsublarına təşəkkür edirəm. Məllət olaraq bundan sonra da çətin sınaqlarla qarşılaşacağımız zaman eyni həmrəyliyi göstərəcəyimizə inanıram”.