Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Müsavat Partiyasının radikal dini cərəyanlarla əlaqəsi yoxdur, ola da bilməz"

arifhacilisdf2

Müsavat Partiyasının başqanı Arif Hacılı dəvət əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) olub.

Xeberinfo.com:  Bu barədə “Report”a A.Hacılı məlumat verib.

O deyib ki, BMCMİ-də idarənin rəhbər şəxsləri ilə görüşüb: “Mənə bildirildi ki, Azərbaycanda son dövrlər dini cərəyanların fəallığı artır. Bu cərəyanların bir çoxu Azərbaycana dost olmayan mərkəzlər tərəfindən idarə olunur. Qeyd edildi ki, siyasi qüvvələr bu cərəyanların fəaliyyətindən siyasi məqsədlər üçün istifadə edəcəklərsə, sərt tədbirlər görüləcək. Mən də bildirdim ki, Müsavat Partiyasının radikal dini cərəyanlarla əlaqəsi yoxdur, ola da bilməz”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli, AXCP sədrinin müavini Gözəl Bayramlı da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olublar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam