Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Əfv ərizəsi yazmayacağam"

İlqar Məmmədov:

 

 

"Ruhdan düşmək yox, yola davam!" Bunu hazırda 2 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədov deyib. 
"Xeberinfo.com": Məlumata görə,bu barədə REAL hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı "Facebook" səhifəsində məlumat verib. 
O bildirib ki, İlqar Məmmədov əfv ərizəsi yazmayacağını deyib: "Dünən Erkin Qədirli, Natiq Cəfərli  və mən nəhayət, 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşə bildik. 3 saata yaxın danışmaq, demək olar ki, bütün məsələləri ətraflı müzakirə etmək imkanımız oldu. 
İlqar bəy xahiş etdi ki, ərizə yazan NİDA-çılarla bağlı mövqeyini sizlərlə bölüşək. İlqar bəy hesab edir ki, heç kəsin ərizə yazan gəncləri günahlandırmağa mənəvi haqqı yoxdur: Ərizə yazmaq istəyən hüquq müdafiəçiləri, QHT rəhbərləri, gənc fəallar bunu çəkinmədən edə bilərlər. Onlar özlərini qorumalı və mövcud siyasi rejimə qurban verməməlidirlər. Çünki onlar bu ölkəyə gərəkli olacaqlar. Əsas məsələ daxildən sınmamaqdır!
Lakin bununla yanaşı, İlqar bəy bildirdi ki, siyasi təşkilat rəhbəri kimi o özü belə bir ərizə yaza bilməz və yazmayacaq da! Bir sözlə, bu məsələdə möhkəmdir. Bütün dostlara salamlarını çatdırdı".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam