Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Heç bir hərəkət cəzasız qalmayacaq”

 

 

  "xeberinfo.com": Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla müxtəlif dini cərəyanlara qoşularaq Suriyada döyüşməyə gedən ölkə vətəndaşları ilə bağlı məsələyə münasibət bildirib. Kamal Abdulla jurnalistlərə açıqlamasında deyib ki, bu kimi halların qarşısı alınacaq və lazımi tədbirlər görüləcək.

    Dövlət müşaviri bəyan edib ki, qanundan kənar heç bir hərəkət cəzasız qalmayacaq. Onların Azərbaycana qayıtdıqdan sonra ölkə üçün hər hansı təhlükə yarada biləcəyinə gəlincə, K. Abdulla qeyd edib ki, dövlət qeyri-müəyyənliyi, “qayıdarsa”, “olarsa” şəklində fikirləri sevmir. Amma dövlətçiliyə qarşı hər hansı bir hərəkət edəcək insan müvafiq cəzasını alacaq.

K. Abdulla ölkədəki dini vəziyyəti stabil və tolerantlıq rejimində olan bir situasiya kimi dəyərləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam