Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

"Kömək etmək əvəzinə, bizi aşağılayırlar"

cavusoglu_13

Oktyabrda Türkiyə, qaçqınlarla bağlı müqayiləyə yenidən baxa bilər

Xeberinfo.com:   Xarici KİV-ə istinadla xəbərə görə, Türkiyə Avropa İttifaqından (Aİ), oktyabrdan gec olmayaraq vizasız relimə keçməyi tələb edir. Əks halda, qaçqınlar barədə əldə olunmuş «sövdə»nin reallaşması təhlükə altına düşəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın «Bild» qəzetinə verdiyi müsahibədə bəyan edib.

«Əlimizdə Aİ ilə bağlanmış müqavilə var və orada dəqiq yazılıb ki, oktyabr ayında Türkiyə ilə vizasız rejim tətbiq olunacaq. Ya hər iki tərəf bütün şərtləri yerinə yetirir, ya da biz, bütün bu müqavilələri bir kənara qoyuruq» – deyə, nazir jurnalistin sualına cavab verib.

Nazir onu da əlavə edib ki, Türkiyənin tələb etdiyi və müqavilədə nəzərdə tutulmuş 3 milyard avro Türkiyənin özü üçün yox, bu ölkədə sığınacaq tapmış qaçqınlar üçün nəzərdə tutulub. Onun sözlərinə görə, qaçqınların qəbulu məsələsində bütün ağırlığın Türkiyənin üzərinə düşməsinə baxmayaraq, Aİ ölkə rəhbərliyini tənqid edir və hər şeyə müstəqil şəkildə nəzarət etmək istəyir.

«Heç bir ölkədə olmadığı qədər biz, Aİ-a üzv olmaq üçün bütün şərtlərə əməl etməyə can atdıq. Cavabında isə hədələr, təhqirlər eşidirik» – deyə, nazir şikayətlənib. O, Avropa və alman KİV-i Türkiyəyə yönəlik münasibətdə «ikili mənəviyyat» sərgiləməkdə günahlandırıb və bildirib ki, bunda məqsəd «alman xalqı ilə manipulyasiya etmək və ona dezinformasiya ötürmək»dən ibarətdir.

Ölkədə, Avropa standartları ilə ziddiyyət təşkil edən ölüm hökmünün bərpası barədə suala cavab verən Çavuşoğlu qeyd edib ki, Gülən tərəfdarlarını cəzalandırmaq məqsədilə, bu hökmün bərpasını Türkiyə xalqı tələb edir.

«Türkiyənin tarixində baş vermiş ən qanlı qiyamdan sonra, xalq böyük zədə alıb. Amma avropalılar bunu anlamaq istəmirlər. Onlar, bizə kömək etmək əvəzinə, bizi aşağılayırlar» – deyə, nazir əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam