Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Türkiyə NATO-nun dəstəyinə və həmrəyliyinə arxayın ola bilər”

Logo_NATO_090707

“NATO-da dövlət çevrilişi cəhdindən sonra Türkiyənin üzvlüyünün şübhə altına alınması məsələsi müzakirə mövzusu deyil”.

Xeberinfo.com:   Türkiyə KİV-inə istinadən xəbərə görə, bu barədə NATO-nu rəsmi təmsilçisi bildirib.

Məlumata görə, rəsmi nümayəndə kütləvi informasiya vasitələrində yayılan bu məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.
“Türkiyə NATO-ya əhəmiyyətli töhfə verən dəyərli müttəfiqdir. Böyük təhlükəsizlik çağırışları fonunda Türkiyə alyansın konsesusa əsaslanan bütün qərarlarının qəbul edilməsinə hərtərəfli qatılır. Türkiyənin NATO-ya üzvlüyünü sual altına almağa dəyməz. Alyansımız kollektiv müdafiəyə sadiqdir və demokratiya, fərdi azadlıq, insan haqları və qanunun aliliyi prinsiplərini əsas tutur. NATO hesab edir ki, Türkiyə yeni töhfələr verəcək. Türkiyə NATO-nun dəstəyinə və həmrəyliyinə arxayın ola bilər”, – deyə alyansın rəsmi təmsilçisi vurğulayıb.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələsi də müzakirə edilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Rusiya ilə əməkdaşlıq etməklə ölkəsi NATO-ya qarşı addım atmır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam