Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bütünlüklə Türkiyənin yanındayıq”

Siyavush Novruzov

 

“Azərbaycan xalqı, siyasi qüvvələri Türkiyənin, türk xalqının yanındadır”.

Xeberinfo.com:   “Report.az”a istinadən xəbərə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov Türkiyədə baş verən hərbi çevrilişə cəhdin yolverilməz olduğunu bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycana qardaş dövlətdir: “Orada baş verənlər bizi narahat edir. Türkiyədəki hadisələr Azərbaycanda diqqət mərkəzindədir”.

YAP rəsmisi əlavə edib ki, baş verənlərin səbəblərini və bunda günahı olanları istintaq orqanları araşdırıb ortaya çıxarmalıdır: “Türkiyə tarixində bir neçə dəfə belə hadisələr olub. Artıq, zaman dəyişib. Yəni, hər bir xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Türkiyədə seçki olub, xalq öz seçimini edib, hakimiyyət formalaşıb. Heç bir ölkədə, o cümlədən Türkiyədə hakimiyyətin zorla dəyişdirilməsi yolverilməzdir”.

Qeyd edək ki, iyulun 15-də axşam saatlarında bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam