Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ATƏT PA ermənilərə “yox” dedi

atat

 

Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası işini davam etdirir.

Xeberinfo.com:   AZƏRTAC-a istinadən xəbərə görə, iyulun 4-də qurumun demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında ATƏT regionunda demokratiyanın inkişafı, insan haqlarının vəziyyəti, humanitar durum və s. məsələlər, eləcə də bu komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub.

Ermənistandan olan deputatlar qətnamənin “ATƏT regionunda artan zorakılıq və diskriminasiya hərəkətlərinin araşdırılmasının vacibliyi” bəndinə “milli azlıqlar və dini qruplar” sözlərinin də əlavə olunmasını təklif ediblər.

Azərbaycan nümayəndə heyəti isə belə bir əlavəyə ehtiyacın olmadığını bildirib.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib ki, zorakılıq və diskriminasiya hərəkətlərini dini və milli mənsubiyyətə ayırmaq düzgün deyil və bu, yeni problemlərin yaranmasına səbəb ola bilər.

Azərbaycanlı deputatın təklifi komitə üzvləri tərəfindən də dəstəklənib.

Müzakirələrdən sonra Ermənistan tərəfinin təklifi qəbul olunmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam