Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Zakir Həsənov ölkənin taleyi ilə oynayır”

 

 

“Son itkilər ordu rəhbərliyinə təsadüfi adamların gətirilməsi ilə bağlıdır”

 

    "xeberinfo.com": “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri polkovnik Üzeyir Cəfərov açıqlamasında aprelin 7-də cəbhənin Füzuli istiqamətində baş verən mina partlayışı nəticəsində xeyli sayda hərbçinin ölməsi və yaralanması faktına münasibət bildirib. Yaralılanan hərbçilərin sayının rəsmi məlumatda yer alan rəqəmdən daha böyük olduğunu qeyd edən ekspert, baş verən itkiləri ordu rəhbərliyinə səriştəsiz şəxslərin gətirilməsi ilə əlaqələndirib: “Öncə onu deyim ki, rəsmi məlumatlarda yaralı hərbçilərin sayı 4-6 arasında göstərilsə də, mənim əldə etdiyim məlumata görə, onların sayı əslində 10-dan çoxdur. Z.Həsənovun hadisə yerinə getməsinə gəlincə, bu, heç nəyi dəyişməyəcək. Yəqin ki, müdafiə naziri ən çoxu əsəbilik göstərib 3-4 şəxsi cəzalandıracaq ki, bu da problemin həlli deyil. Əslində son vaxtlar orduda baş verən itkilərin arxasında təsadüfi adamların ordu rəhbərliyinə gətirilməsi həqiqəti dayanır. Heç bir səriştəsi, bilik və bacarığı olmayan insanlar yüksək postlara gətirilir ki, nəticədə bu kimi faciələr meydana çıxır. Bu baxımdan, Z.Həsənov ölkənin taleyi ilə oynayır. Dünyanın bütün  ölkələrində orduda xidmət edən yüksək rütbəli zabitlərin intihar etməsi faktına nadir hallarda rast gəlinir. Azərbaycanda isə ötən gün Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Balıyev yaşadığı mənzildə özünü asaraq intihar edib. Bunun özü də ordudakı ruh düşgünlüyünün göstəricisidir”.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam