Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiya Qarabağa müdaxilə etsə, müharibənin miqyası genişlənəcək"

"Rusiya Qarabağa müdaxilə etsə, müharibənin miqyası genişlənəcək" -

 

Ermənistan prezidenti “Bloomberg”ə  müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır. 
Xeberinfo.com:  Sarkisyanın açıqlamasını Qaynarinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, bu piar xarakteri daşıyan bir açıqlamadı: "Ermənistan Rusiyadan asılıdır. Prezidentlərin danışıqları baş tutsa, Sarksiyan imtina edə bilməz. O, Rusiyanın istəklərinə itaət edəcək". 
Elxan Şahinoğlu qeyd edib ki, Sarksiyanın açıqlamasında başqa bir fikir də maraqlıdır: "Ermənistan prezidenti 5 rayonun azad olunması barədə fikir bildirir. Bu o deməkdir ki, 4 günlük döyüşlərin nəticəsi onlara təsir edib. Artıq cəmiyyətə də təlqin etdirir ki, müəyyən mərhələdə 5 rayonu qaytarmaq məcburiyyətində qalacaqlar. Hələ ki, əsəbidilər. Atəşkəsi də pozurlar. Dünəndən başlıyaraq atəşkəsi daha intensiv şəkildə pozulur. Əslində özlərinə problem yaradırlar. Çünki Azərbaycan ordusu yenidən əks-hücumla işğal altında olan torpaqlarımızı azad etmək imkanı qazanır. Atəşkəs pozuntusu bir-iki gün də davam etsə, Azərbaycan ordusu əks həmlə haqqında düşünmək barədə qərar verə bilər".
Politoloqun sözlərinə görə, bu gecə atəşkəsin intensivləşməsinin iki səbəbi var: "Birinci səbəbi odur ki, 2-6 aprel tarixindən sonra beynəlxalq aləmdən olan gözləntilər, danışıqların intensivləşdirib Ermənistana təsir etməsi baş vermədi. Rusiya rəsmilərinin səfərləri və açıqlaması isə şablon xarakter daşıyır. Aydındır ki, belə bir şəraitdə bölgədə atəşkəsə riayət olunmayacaq, sakitlik pozulacaq.
İkinci bir tərəfdən Ermənistan prezidentinin vəziyyəti ağırlaşır. Çünki işğal etdiyi ərazilərin bir hissəsini itirib. Ermənistan ictimaiyyətinə hesabat verməlidir. Düşünür ki, bu hesabatı verməmişdən öncə hansısa bir hücumla itkilərin əvəzini çıxa bildi. Amma bu özü tərəfdən böyük itkilərə yol açacaq. Belə bir halda atəşkəsin pozulması intensivləşəcək".
Elxan Şahinoğlu bildirib ki, Rusiya prezidentinin "qırmızı xətt" açıqlamasının Azərbaycana aidiyatı yoxdur: "Azərbaycan Ermənistan ərazisində müharibə aparmır ki, hansısa "qırmızı cizgi" olsun. Rusiya Qarabağın deyil, Ermənistanın müdafiəsinə və təhlükəsizliyinə cavabdehdir. Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də bu mesajlar Azərbaycan cəmiyətini və ordusunu narahat etməməlidir. Biz qarşı tərəfin təxribatı ilə üzləşiriksə, yenidən torpaqları azad etmək üçün əməliyata rahatlıqla başlaya bilərik. Məntiqdən uzaq olaraq Rusiya bu prosesə qarışsa, ordakı mərkəzlərə aydın olmalıdır ki, Türkiyə və Azərbaycana müttəfiq olan digər ölkələr də qarışacaq. Müharibənin miqyası genişlənəcək. Bu Şımali Qafqaza da problemlər yarada bilər. Ona görə də Rusiyanın Qarabağdakı prosesə müdaxilə etməsi özünə böyük problemlər yaradar".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam