Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"AŞPA Bürosundakı bu böyük dəstəyi çox yüksək qiymətləndirirəm"

Elxan Süleymanov: “Ermənilərin AŞ-da təbliğat müharibəsi aparmasının qarşısını alındı”

Deputat AŞPA-nın yaz sessiyasının nəticələrindən danışdı; “Ermənistanın zəif hücumlarının, Xristian və İslam dinləri arasında süni ədavət sferasındakı ciddi təhlükənin qarşısı alındı və Azərbaycan üzrə yeni məruzəçi təyin edildi”

 

Xeberinfo.com:  AŞPA-nın yaz sessiyasında iştirak edən deputat, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov müsavat.coma açıqlama verib. 
O, yaz sessiyasının gedişatından və nəticələrdən danışıb: “Bu, son vaxtlar Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaşayan mülki vətəndaşlara hücumlarının artmasından sonra keçirilən ilk AŞPA sessiyası idi. Bu günlərdə Ermənistanın təbliğat maşını, beynəlxalq ictimaiyyətin diqqətini real problemdən – Azərbaycan ərazisinin Ermənistan tərəfindən qanunsuz silahlı işğalının davam etməsi faktından yayındırmağa ümid edərək, bütün media qurumlarında həddindən artıq fəal işləyir və absurd ittihamlarla Azərbaycana hücumlar edirdi. Ermənistan tərəfindən süni şəkildə siyasi gərginlik yaradılmışdı və onlar Azərbaycanın müsbət imicini dağıtmaq və işğal edilmiş ərazilərdə gedən son əməliyyatlara dair həqiqəti təhrif etmək məqsədilə Strasburq siyasi səhnəsində tam miqyaslı siyasi hücumlar hazırlamışdılar. Bu məqsədlə fransızların lideri və erməni lobbiçisi Rene Ruke “Son günlərdə Dağlıq Qarabağ münaqişəsinin faciəvi alovlanması”nı müzakirə etmək üçün cari müzakirə müraciətini irəli sürdü. Azərbaycan nümayəndə heyəti bu təklifə cavab olaraq, oxşar, lakin düzgün ifadə formasında “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın faciəvi şəkildə artması” mövzusunu irəli sürdü. Bu düzgün ifadə forması Ermənistanın qəzəbinə səbəb oldu və Ermənistan nümayəndə heyəti “Dağlıq Qarabağa qarşı son təcavüz zamanı Azərbaycanın törətdiyi müharibə cinayətlərı” adlı üçüncü absurd və ekstremist təklifi irəli sürdü. Deputatlar AŞPA-da geniş müzakirənin keçiriləcəyini yerli erməni mətbuatında elan etmişdilər. Onlar tezisləri üçün tam dəstək səfərbər etdiklərinə və indi Azərbaycanın nüfuzunun qəti və ictimai şəkildə puç ediləcəyinə öz auditoriyalarını əmin etmişdilər.
Mənə aydın oldu ki, Azərbaycan bu şəraitdə belə təhqiredici müzakirə aparmaq marağında deyil. Bu səbəbdən mən bu məsələyə dair bütün müzakirə müraciətlərinin geri götürülməsini müdafiə etdim. Bazar ertəsi səhər, 18 apreldə Büro bu debatların mümkünlüyünü müzakirə etdi. Qısa, lakin gərgin müzakirədən sonra təklif səsə qoyuldu. Azərbaycan tam qələbə qazandı, belə ki, Büro bu sessiyada Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərlə bağlı bütün müzakirələri təxirə salmaq barədə, bir səs istisna olmaqla, yekdil qərar verdi.”
Beləliklə, AŞPA Bürosundakı bu böyük dəstəyi çox yüksək qiymətləndirirəm, çünki bu dəstək Avropalı deputatların artıq Ermənistanın yanlış məlumlatlarına kor-koranə aldanmadığını yaxud çaşqınlığa düşmədiyini göstərdi. Bu, eyni zamanda ermənilərin Avropa Şurası daxilində planlaşdırılmış təbliğat müharibəsi aparmasının qarşısını aldı. Aydındır ki, beynəlxalq ictimaiyyətin diqqətini işğal edilmiş ərazilərimizə yönəltməq məqsədilə yeni təşəbbüslər hazırlayıram, lakin bu, öz siyasi seçimimiz çərçivəsində və öz təşəbbüsümüzün nəticəsi olmalıdır və olacaq. Şübhəsiz, Ermənistanın qərəzli təxribatları və zorakı təbliğatına əsaslanan heç bir siyasi prosesə daxil olmağı heç vaxt qəbul etməyəcəyik”.
E.Süleymanov daha sonra deyib: “Mətbuatda “AŞPA-da Dağlıq Qarabağ üzrə qətnamə qəbul edildi” başlıqlı xəbərlər yayılıb. Ölkə ictimaiyyəti bilməlidir ki, bu heç də qətnamə deyil, heç bir siyasi və hüquqi gücə malik olmayan, Assambleyanın mövqeyini deyil, azsaylı deputat qrupunun mövqeyini əks etdirən yazılı bəyanatdır. Assambleyanın 2016-cı il yanvar sessiyasında qəbul etdiyi və Ermənistan qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal geri çəkilməsini tələb edən 2085 saylı qətnamədən sonra hələ də çaşqınlıq içərisində olan Ermənistan deputatları “yalnız ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq tanınmış yeganə vasitəçilik formatı olması” fikrinə diqqəti yönəltmək üçün son dəfə ümidsizcəsinə cəhd göstərdilər. Çünki ATƏT-in Minsk Qrupu Azərbaycan torpaqlarının 23 ildir ki Ermənistanın işğalı altında saxlanmasını təmin etmişdir və birbaşa Ermənistanın maraqlarına xidmət edir. 
“1-5 aprel hadisələri Dağlıq Qarabağ və yerləşdiyimiz digər ərazilərdə azad, dinc və xoşbəxt həyatımızı pozdu” fikrini AŞPA Monitorinq Komitəsinin 19.04.2016-cı il tarixli iclasında çıxış edən Ermənistan nümayəndəsi bildirmişdi. Bu sözlər ATƏT-in Minsk Qrupunun Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanması və ermənilərin bu torpaqlarda xoşbəxt həyatlarını təmin etmək üçün yaradıldığını bir daha təsdiqləyir, eyni zamanda Ermənistanın ATƏT-in Minsk Qrupunun himayəsinə sığınma səbəbini açıq-aydın ifadə edir. Ermənistanın bu təşəbbüsü əbəs yerə edilmiş bir cəhd idi, bu səbəbdən heç kəsin diqqətinə layiq deyil. Mövqeyimiz yanvar ayında Assambleyadakı qətnamədə rəsmi qəbul edilib və beləliklə, Avropa Şurası Parlament Assambleyasının rəsmi mövqeyini əks etdirir. Ermənilərin nə qədər xoşuna gəlməsə də, yaxşı olar ki, bununla yaşamağa öyrəşsinlər.  
Çərşənbə axşamı, aprelin 19-u səhər AŞPA-nın Monitorinq Komitəsi Avstriyadan cənab Şennaka (SOC) əlavə olaraq, Azərbaycan üzrə yeni həmməruzəçi - Rumıniyadan cənab Sezar Predanın (EPP) təyin olunması barədə yekdilliklə qərar qəbul etdi. Cənab Predadan əvvəlki həmməruzəçi İspaniyadan cənab Aqustin Konde (EPP) idi. 
Bu təyinatdan dərhal sonra cənab Şennak 5-9 aprel 2016-cı il tarixlərində Azərbaycana faktaraşdırıcı səfəri barədə Monitorinq Komitəsinə şifahi məruzəsini təqdim etdi. O, Bakıya aprelin 5-i gəldiyindən, çıxışı zamanı vurğuladı ki, AŞPA aprelin 2-dən 5-nə kimi cəbhə xəttində baş verən əməliyyatların real vəziyyətindən tam xəbərdardır. 
Aydın idi ki, son günlərdə zorakılığın artması ilə bağlı dəqiq məlumatlar bir gün əvvəl lobbidə və dəhlizlərdə sərsəm erməni ritorikasının təsirinə məruz qalmış indiki deputatların çoxunu sakitləşdirdi. Sonda, Xristian və İslam dinləri arasında süni ədavət sferasındakı ciddi təhlükənin qarşısı alına bilərdi. “Şəriət Qanununun Avropa İnsan Hüquqları Konvensiyası ilə uyğunluğu: Konvensiyaya tərəf dövlətlər Qahirə Bəyannaməsini imzalaya bilərmi?” adlı, Niderlanddan olan cənab Omtziqt (EPP) tərəfindən hazırlanmış qətnamə layihəsi Azərbaycan, Türkiyə və Albaniya daxil olmaqla, AŞPA-ya müsəlman əksəriyyətdən ibarət olan üzv dövlətlərin nüfuzuna xələl gətirmək və hücum etmək üçün açıq-aşkar dini perspektivdən ilhamlanmışdı.
 
Bu qətnamə layihəsi məruzə hazırlanması üçün Hüquq Məsələləri Komitəsinə təqdim edildi və cənab Omtziqt özünü bu məruzənin müəllifi olacağını əvvəlcədən fikirləşmişdi. Bundan əlavə, məsələ onunla AŞPA-nın keçmiş prezidenti Lüksemburqdan olan xanım Brassör (ALDE) arasında həll edilmişdi və belə ki, sonuncu eyni məsələ ilə bağlı Siyasi Məsələlər Komitəsində “rəy üçün”  məruzənin müəllifi olacaqdı. 
Söhbət ümumiyyətlə müsəlman ölkələrindən, xüsusilə, Azərbaycana qarşı onların qərəzli münasibətindən getdikdə isə, hamımız bilirik hər iki deputatın nüfuzu zəifdir. Hər ikisinin kor-koranə şəkildə Azərbaycana hücum etməsinin uzun tarixçəsi vardır. Bu iki deputatın belə həssas mövzuda məruzə yazmalarına icazə verilməsi ölkəmizlə Avropa ölkələri arasında davamlı, müsbət, qarşılıqlı anlayışa olduqca mənfi təsir edə bilərdi. 
Sonda, Andorradan olan deputat xanım Meritxel Mateu (ALDE), eləcə də Birləşmiş Krallıqdan yeni mühafizəkar lider cənab İan Liddell-Grainger namizəd oldu. Cənab İan Liddell-Grainger cənab Omtziqtin təyin olunacağı öhdəliyindən tam xəbər tutduqda, son anda namizədliyini Andorradan olan xanımın lehinə geri götürdü. 
Andorralı namizəd 31 səs lehinə və 7 səs əleyhinə olmaqla cənab Omtziqt üzərində tam qələbə qazandı. Bu bir daha sübut edir ki, Azərbaycanın Avropalı deputatların dəstəyinə və anlayışına layiq bir dövlət olması barədə AŞPA-da həqiqətən də məlumatlılıq artır və mən Avropalı həmkarlarımın fikirlərindəki bu siyasi irəliləyişə şadam”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam