Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlham Əliyev ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərləri ilə də görüşdü

Prezident İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərliyi ilə görüşüb.

Xeberinfo.com:  Dövlət başçısının saytına istinadən məlumata görə, belə görüşlərin artıq ənənə halı aldığının, qarşılıqlı fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığının qeyd olunduğu söhbət zamanı bildirilib ki, bu görüşlər gələcək əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının rəhbərləri ölkəmizin uğurlarının getdikcə artdığını, Azərbaycana səfərləri zamanı bunun şahidi olduqlarını, Bakının gözəlliyinin onlarda dərin təəssürat yaratdığını bildiriblər. Belə görüşlərin həm Azərbaycan-ABŞ, həm də Azərbaycan-İsrail əməkdaşlığının inkişafına töhfə verdiyini vurğulayıblar.

Bildirilib ki, Azərbaycan-ABŞ əlaqələri yüksək səviyyədədir və yəhudi təşkilatları da bu prosesə töhfə verirlər.

Görüşdə əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam