Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məhkəmə Nurullayevə "yox" dedi

 

Bakı Apellyasiya Məhkəməsində Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı iddiası üzrə məhkəmə başa çatıb.

 

Xeberinfo.com:  Bu barədə "Report"a R.Nurullayevin müavini Mehman Muradlı məlumat verib.

O bildirib ki, hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Nurullayevin müraciəti təmin edilməyib.

O, iş üzrə Ali Məhkəməyə müraciət ediləcəyini deyib.

Xatırladaq ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də etimad qurultayı keçirilib, gizli səsvermə ilə R.Nurullayev sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. R.Nurullayev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib, məhkəmə onun iddiasını icraata götürməyib.

Nazirlik eyni qərarı Əli Kərimli ilə də bağlı verib. Ədliyyə Nazirliyi sentyabrın 27-də keçirilən qurultayın nəticələrini tanımayıb. Ə.Kərimli də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam