Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NATO-da Azərbaycana dair brifinq keçirilib

 

"Xeberinfo.com":   Məlumata görə, NATO-nun mənzil-qərargahında bu təşkilatın Mülki Fövqəladə Planlama Komitəsinin Sənaye Resursları və Kommunikasiya Xidmətləri Qrupunda Bakı Dövlət Universitetinin diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli tərəfindən “Azərbaycanın mühüm enerji infrastrukturlarının mühafizəsi: nailiyyətlər və təhdidlər” mövzusunda brifinq keçirilib.
Аzərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən bildiriblər ki, brifinqdə Azərbaycanın enerji layihələri və təhlükəsizliyi, mühüm enerji infrastrukturlarının mühafizə olunmasında əldə etdiyi nailiyyət və təhdidlər, NATO-nun bu sahədə rolu və əməkdaşlığın perspektivləri barədə Qrupa məlumat verilib.
Qrupun iclasında NATO Beynəlxalq Katibliyi, NATO-ya üzv və tərəfdaş ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, aparılan müzakirələr zamanı Azərbaycanın NATO ilə bir sıra sahələrdə fəal və strateji tərəfdaş olduğu bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam