Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkili nazirləri tənqid etdi

Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü iclasında büdcəyə dəyişiklik edilməsi üçün geniş müzakirələrə başlanılıb.

Xeberinfo.com:   Məlumata görə, müzakirələrdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da çıxış edib. O bildirib ki, iqtisadi bloku əhatə edən nazirlərin biri də iclasda iştirak etmir. “Burada dövlət büdcəsi müzakirə olunur. Bu təkcə Maliyyə Nazirliyi və ya Mərkəzi Banka aid deyil ki! Amma iqtisadi blokdan olanlar yoxdur. Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və s. yoxdur. Növbəti iclasda hökumətin hesabatı veriləcək. Büdcə olmayan yerdə hesabat nəyə lazımdır?!”.

Deputat eyni zamanda baş nazirin 6 müavinin iclasda olmadığına da diqqət çəkib: "Onlara ünvanlanacaq suallara kimlər cavab verməlidir? Baş nazir iclasda yoxdur. Onun ki müavinləri var... Millət vəkillərinin suallarına cavab verə bilər. Bu cür yanaşma ölkə başçısının qarşıya qoyduğu məqsədə uyğun deyil. Hər bir struktur rəhbəri onlar barəsində deputatlar tərəfindən qaldırılan suallara cavab verməlidir. İki nəfər onların suallarına cavab verməyəcək. Milli Məclisə bu cür yanaşmaq düz deyil. Bu, onlara çatdırılmalıdır”.

Spiker Oqtay Əsədov deputatın fikri ilə razı olduğunu bildirib: “Nazirlər Kabineti haqqında dediklərində haqlısan. Bu onlara çatdırılacaq. Amma nazirlərimizin bir çoxu prezidentlər birlikdə İrana gedib. Burada onların müavinləri təmsil olunur. Lakin baş nazir olmasa da müavinləri burada olmalı idi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam