Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Türkiyə öz xarici siyasətini dəyişməyəcək”

b94fc6c0f4c25cbbd0e1a25461382feb

 

“Terrorçuluğa qarşı əməkdaşlığımız daha da güclənib”.

 

Xeberinfo.com:   Məlumata görə, bunu Tiflisdə Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə çıxış edən türkiyəli nazir Mövlud Çavuşoğlu deyib. O, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinə Ankaradakı terrorla bağlı başsağlığı diləkləri və diqqətlərinə görə təşəkkür edib.
M. Çavuşoğlu Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istədiklərini bildirib. O, terror aktlarına baxmayaraq, Ankaranın öz xarici siyasətini dəyişməyəcəyini vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, terrorizmə ən yaxşı cavab həmrəylik və qarşılıqlı dəstəkdir.
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze isə terrorçuluqla mübarizədə əllərindən gələni edəcəklərini söyləyib: “Biz əlimizdən gələn yardımı göstərməyə hazırıq. Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Bu gün biz ikitərəfli və üçtərəfli görüşlər keçirdik və strateji tərəfdaş olduğumuzu təsdiqlədik”.
M. Canelidze Cənub Dəhlizinin böyük önəm daşıdığını qeyd edib: “Biz görüşlərdə əməkdaşlıq haqqında fikirlərimizi səsləndirdik. Potensial imkanlarımızdan səmərəli istifadə edəcəyik. Ümid edirik ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyə tərəfində də tikinti işləri tezliklə başa çatacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam