Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ukrayna Donbasdan çıxmaqdan imtina etdi - Danışıqların yeni təfərrüatları məlum olub

Ötən gün Mayamidə keçirilən ABŞ-Ukrayna danışıqlarında Ukrayna nümayəndə heyəti ölkənin Silahlı Qüvvələrinin Donbasın qalan ərazisindən çıxarılmayacağını bəyan edib.

Yenixeber.org: Ukrayna hakimiyyətindəki məlumatlı mənbələrdən “RBC-Ukrayna”-ya daxil olan məlumata görə, ABŞ ilə danışıqlarda Ukrayna nümayəndələri sülh müqaviləsi naminə qoşunların Donbasın işğal olunmamış hissəsindən çıxarılmasını qeyri-mümkün hesab ediblər.

Onların sözlərinə görə, görüşdəki müzakirə potensial sülh müqaviləsinin "problemli məsələləri" üzərində qurulub və tərəflər ərazilər məsələsinə xeyli vaxt ayırıblar. Eyni zamanda, Amerika tərəfi Ukrayna nümayəndə heyətinə Ukrayna qüvvələrinin Donbasdan tamamilə çıxarılmasını tələb edən Rusiyanın mövqeyini çatdırıb.

Ukraynalı nümayəndələr qeyd ediblər ki, konstitusiya məhdudiyyətləri, Ukraynadakı ictimai rəy və bu tələbin yerdəki real vəziyyətlə uyğunsuzluğu səbəbindən belə bir yanaşma mümkün deyil. Buna görə də Kiyevin mövqeyi dəyişməz olaraq qalır: ərazi ilə bağlı müzakirə hazırkı təmas xəttindən başlamalıdır. “Potensial həll yollarının axtarışı davam edir, amma bu, əlbəttə ki, çox mürəkkəb bir məsələdir", - deyə mənbə “RBC-Ukrayna”-ya bildirib.

Ukrayna nümayəndə heyəti həmçinin xatırladıb ki, NATO-ya üzvlük kursu ölkə Konstitusiyasında təsbit olunub və sülh müqaviləsi bağlamaq naminə onu dəyişdirmək pis bir presedent yaradacaq.

"Amerikalılar arqumentlərimizi dinləməyə hazırdırlar. Başqa bir məsələ isə odur ki, onlar daim deyirlər: Yaxşı, siz 100% haqlı ola bilərsiniz, amma qarşı tərəf də var və o, bunu və bunu tələb edir. Biz vasitəçi olaraq sülh razılaşmasına nail olmağınızı təmin etməliyik. Mövqeyinizi istədiyiniz qədər məntiqi şəkildə izah edə bilərsiniz, amma qarşı tərəf "yox" desə, onda biz nə edəcəyik?", - deyə mənbə izah edib.

Eyni zamanda, danışıqlarla tanış olan “CNN”-n mənbələri qeyd edib ki, Donbasın işğal olunmamış hissəsinin köçürülməsi "məqbul həddi aşır", çünki bu, Ukraynanın müdafiəsini əhəmiyyətli dərəcədə zəiflədəcək və gələcək təcavüz ehtimalını artıracaq. "Lakin bu, konstitusiya müddəalarını qorumaq və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün potensial yolların olmadığı anlamına gəlmir", - deyə mənbə vurğulayıb. Eyni zamanda, o əlavə edib ki, tərəflər Ukraynanın Rusiya ilə müvafiq müqavilə bağlamaqla NATO-ya qoşulmaq imkanından faktiki olaraq məhrum ediləcəyi ssenarini müzakirə ediblər. Belə ki, heç kim Kiyevi alyansa qoşulmaq istəklərindən əl çəkməyə qanunla məcbur etməyəcək. Ancaq əvəzində, Rusiya ilə NATO arasında Ukraynanın alyansa qəbul edilməməsinə dair razılşama olacaq. Yəni, Ukraynanın iştirakı və razılığı olmadan NATO ilə Rusiya Kiyevin alyansa qəbul edilməyəcəyinə dair razılaşır, Ukraynanın isə öz konstitusiyasına buna dair dəyişiklik etməsinə lüzum qalmır.

Öz növbəsində, yüksək vəzifəli Amerika rəsmisi “The Wall Street Journal”-a bildirib ki, danışıqlar zamanı Kiyev və Vaşinqton Ukraynada yeni seçkilərin mümkün vaxtını müzakirə ediblər, lakin ABŞ və Qərb tərəfindən ölkəyə veriləcək təhlükəsizlik zəmanəti məsələsini həll etməyiblər.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam