Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İcra başçısı yanında Şuranın iclası keçirildi- FOTO

 

Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.

 

Xeberinfo.com:   Məlumata görə, öncə Şura üzvləri Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Şura üzvlərinin, Milli Məclisin deputatı Adil Əliyevin və rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını salamlayaraq, rayonun kommunal sahələrində görülən işlər və rayondakı ictimai-siyasi vəziyyət barədə ümumi məlumat verib.

Rayonda ictimai-siyasi vəziyyətin stabil olduğunu bildirən A.Fərzəliyev gənclərin radikal yönümlü təriqətlərin zərərli təsirinə məruz qalmaması üçün təhsil müəssisələri ilə işin koordinasiya olunmuş şəkildə həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.

Eyni zamanda rayonun mənzil-kommunal təsərrüfatının və xidmət sahələrinin 2015-2016-cı illər üçün payız-qış mövsümünə hazırlığı vəziyyəti, həmçinin rayon ərazisində fəaliyyət göstərən siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatlarının fəaliyyəti və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Rayonun mənzil-kommunal təsərrüfatının və xidmət sahələrinin qarşıdan gələn qış mövsümünə tam hazır vəziyyətdə olduğu qeyd edilib, müəyyən səbəblərdən yarana biləcək problemlərin operativ surətdə aradan qaldırılacağı vurğulanıb.

Çıxış edən Milli Məclisin deputatı Adil Əliyev və Şura üzvləri rayonda radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ictimai-siyasi sabitliyin pozulması kimi halların baş verməməsi, eyni zamanda, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi istiqamətində aidiyyəti qurumlarla birgə mütəmadi olaraq ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıblar.

 Tədbirdə bir neçə gün bundan öncə peşə bayramını qeyd edən rayonda fəaliyyət göstərən ədliyyə işçiləri Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam