Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Seçkilərin nəticələri təsdiqləndi

 

2015-ci il noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

 

Xeberinfo.com:  Məlumata görə , Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan edib. Məhkəmə heyəti və katibi təqdim edildikdən sonra iclasda məruzəçi hakimin seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumatı dinlənilir.

 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclasda keçirilən dinləmələrdən sonra bildirib ki, Məhkəmənin hakimləri Milli Məclisə seçkilərlə bağlı sənədləri araşdırıb qərar qəbul etmək üçün müşavirə otağına getməlidir. Beləliklə, iclasda fasilə elan edilib və hakimlər Milli Məclisə seçkilərlə bağlı sənədləri araşdırıb və qərar qəbul etmək üçün müşavirə otağına gediblər.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2015-ci il noyabrın 1-də Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar MSK-nın Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclasında məruzə ilə çıxış edib.

M.Pənahov deyib ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən seçkilərin keçirilməsi üçün Təqvim Planı hazırlayıb və seçkilərin demokratik və şəffaf keçirilməsi üçün zəruri addımları atıb. 

 

Onun sözlərinə görə, namizədlərin irəli sürülməsi və onların qeydə alınması prosesi Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirilib və seçkilərdə 767 namizəd iştirak edib: “Seçkiqabağı təşviqatla bağlı namizədlər üçün lazımi şərait yaradılıb və onların seçicilərlə görüşməsi üçün heç bir məhdudiyyət qoyulmayıb. Namizədlərin təşviqat aparması üçün KİV-lərin imkanlarından istifadəsi üçün hər cür şərait yaradılıb. Seçicilərin, o cümlədən əlillərin də səs verməsi üçün də lazım olan şərait yaradılıb 55,54 faizi səs verib. Seçkilərdə nə yerli, nə də beynəlxalq müşahidəçilərdən hər hansı bir şikayət daxil olmayıb. Biz seçkilərin şəffaf və demokratik keçirilməsinin şahidi olduq”.

 

Sonra məruzəçi hakim Kamram Şəfiyev Milli Məclisə seçkilərin keçirilməsinin və elan edilməsinin hüquqi əsaslarına dair məruzə ilə çıxış edib.

 

Hakim Rəfael Qvaladze MSK-nın parlament seçkilərinin nəticələrinə dair təqdim etdiyi protokolun araşdırılması prosesi barədə məlumat verib.

Bildirilib ki, noyabrın 1-də keçirilən parlament seçkiləri ilə əlaqədar Respublika Prokurorluğuna 23 müraciət daxil olub.

 

Seçkilərlə bağlı Bakı Apelyasiya Məhkəməsinə 63, Sumqayıt Apellyasiya Məhkəməsinə 13, Gəncə Apellyasiya Məhkəməsinə 8, Şirvan Apellyasiya Məhkəməsinə 3, Şəki Apelyasiya məhkəməsinə 15 şikayət daxil olub. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə seçki ilə bağlı isə seçki şikayəti daxil olmayıb.

F.Abdullayev dinləmələrin başa çatdığını bəyan edib.

Daha sonra Konstitusiya Məhkəməsi 1 noyabr seçkilərinin yekunları ilə bağlı sənədlərin araşdırılması üçün müşavirə otağına gedib.

 

Müşavirədən qayıdan hakimlər seçkilərin yekun nəticələrini təsdiq edildiyini elan edib.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam