Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Sovetski” sakinlərinə kompensasiya verilmədi

"xeberinfo.com":“Sovetski” sakinləri ilə rəsmi nümayəndələr arasında görüş keçirilib. Sakinlərdən Samir Hacıyev  açıqlamasında görüş və görüşdən sonrakı razılaşma haqda məlumat verib: “Mart ayının 3-də yenə də 150 saylı orta məktəbin akt zalında görüş olacaq. İclasda olan Yasamal rayon icra başçısı, Bakı meri Hacıbala Abulatlıbov, Köçürülmə Komissiyasının sədri Səməd İslamov, Abid Şərifov yenə də gələcək. Tələb olunan şərtlərə görə, mümkün olan güzəştlər haqda məlumat verəcəklər. Tələblər budur ki, hər kvadratmetə görə 3500 AZN, kiçik kvadratlılara ev, yaxud da yüksək kompensasiya verilsin. Və komissiya ölçüləri yenidən götürsün. Yəni faktiki yaşayış kimi yox, sənədlərdə göstərilən kimi ölçülsün. Amma istəməklə də deyil. Yəqin ki, bu rəqəm çox istəməklə az almağa hesablanmış bir şeydi. Bu hesabla 200 kvadratmetr evi olan 700 min manat alarsa, artıq milyoner olacaq. Amma 40 kvadratmetr evi olana yeni ev almaq üçün bu pul ancaq çatar. Dövlət özü bilir də necə qərar verəcək. Camaatın hər istədiyini verən deyil ki?!” 
      S.Əliyev bildirib ki, martın 3-ə qədər kompensasiya verilməsi dayandırılıb: “Martın 3-nə kimi hələ sakitlik olacaq, nə aksiya, nə hər hansı narazılıq olmayacaq. Hətta 1500 AZN-ə razılaşıb kompensasiya almaq istəyənləri də o vaxta kimi qəbul etməyəcəklər. Yeni qərar çıxmayınca heç kim kompensasiya almayacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam