Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təhlükəsizlik və rabitə haqda qanunlar dəyişir

Azərbaycanda son günlər təhlükəsizlik sferası və rabitə sahəsində baş verən hadisələrlə əlaqədar müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi məsələsi gündəmə gəlib.

Xeberinfo.com:   Məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov APA-ya bildirib ki, təhlükəsizlik, dövlət sirrinin qorunması və bundan irəli gələn məsələlər, eləcə də bu mövzuların mətbuatda işıqlandırılması forması ilə bağlı dövlət başçısının müvafiq sərəncamı var və bundan irəli gələrək qanunvericiliyə əlavə və dəyişikliklər hazırlanıb.


Milli Məclisdə bu məsələnin müzakirəyə çıxarılacağını söyləyən S. Novruzov qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər dövlət sirrinin və hərbi sirlərin qorunması, təhlükəsizlik sisteminin və bunlarla əlaqədar olaraq rabitə sisteminin möhkəmləndirilməsinə dair əlavə və dəyişikliklərdir: “Yeni parlamentdə bu məsələlərin müzakirəyə çıxarılması planlaşdırılıb. Məqsəd qeyd olunan sahələrin gücləndirilməsidir. Bu sahədə qanunazidd əməllərə qarşı Cinayət Məcəlləsindəki müvafiq maddələrin sərtləşdirilməsi də nəzərdə tutulub”.

S. Novruzov qanunvericiliyə ediləcək əlavə və dəyişiklərdə rabitə sisteminin diqqət mərkəzində olacağını deyib: “Çünki təhlükəsizliyin əsas istiqamətlərindən biri elə rabitə sistemidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam