Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ŞOK: Deputat əhalini seçkilərə getməməyə çağırdı

 

Tovuzun qocaman deputatı seçicilərini səs verməməyə çağırıb.

"Xeberinfo.com":   Məlumata görə, 104 saylı Seçki Dairəsindən namizəd Rafiq Məmmədhəsənov demokratik seçki olmayacağını qeyri-rəsmi şəkildə açıqlayıb. 

O, seçicilərə əziyyət çəkib seçki məntəqələrinə getməməyi təklif edib. Rayondakı seçki fəallarının verdiyi xəbərdə bildirilir ki, veteran millət vəkili seçki qutusundan yenə də öz adının çıxacağına arxayınlaşıb deyə belə əminliklə çıxış edib. 
Deputat belə bir çıxışı heç də seçiciləri ilə görüşdə deyil, özünə yaxın kluarlarda elan edib. R. Məmmədhəsənovun yaxın ətrafının yanında dediyi bu təkəbbürlü sözlər tezliklə Tovuzda yayılıb. Seçicilərin qulağına çatan məsələ rayonda ciddi rezonans doğurub.
Hər zaman fəallıqda və hüquqlarını tələb etməkdə sayılıb-seçilən tovuzlular deputatın sözlərindən hiddətlənərək Seçki Qərargahının qarşısına toplaşmaq qərarı verib. Seçicilər ona növbəti dəfə səs verməyəcəklərini bəyan etməyə hazırlaşıblar.
TİA.AZ-a daxil olan xəbərə görə, seçicilərin etiraz aksiyasına hazırlaşdığını duyan deputatlığa namizəd rayonun hörmətli adamlarının sayəsində onları sakitləşdirməyə çalışıb. Tovuzun ağsaqqalları, ziyalıları narazı seçiciləri inandırmağa çalışıb ki, deputatın dilindən bu ifadələr çıxmayıb. 
Qaynağımız qeyd edir ki, bu hadisədən sonra seçicilər bir qədər sakitləşsə də, noyabrın 1-də R. Məmmədhəsənova səs verəcəkləri gözlənilmir. Deputat siyasi səhv etdiyinə və seçkilərdə boykot olunmasına baxmayaraq, mandatı əldə etdiyinə hələ də əmindir. 
Sosial şəbəkələrdə də qeyd olunub ki, deputat Tovuzda 1 faiz səs almaq iqtidarında deyil. Bu, 45 minlik seçicinin iradəsini heçə saymaq deməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam