Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Sahibkarlıq lisenziyalarının sayı kəskin azalacaq"

 

 “Lisenziya almaq istəyən sahibkarlar iki həftə gözləməlidir”

 “Prezident İlham Əliyevin tapşırığı ilə lisenziya tələb edən fəaliyyət növlərinin sayı kəskin azaldılmalıdır”.

Xeberinfo.com:   Məlumata görə, bunu “APA-Economics”ə açıqlamasında iqtisadiyyat və sənaye naziri  deyib. O bildirib ki, lisenziya almaq istəyən sahibkarlar iki həftə gözləməlidir: “Mən sahibkarlıq subyektlərinə tövsiyə edərdim ki, hələlik bu siyahı tam dəqiqləşdirilməyənə qədər əgər yenidən fəaliyyətə başlayan sahibkarlar bu sahələr üzrə lisenziya almaq istəyirlərsə, bir qədər gözləsinlər. Bu müddət bundan sonra iki həftə ərzində  bitəcək. İki həftə ərzində yeni siyahı təsdiq olunandan sonra dövlət rüsumu ödəsinlər və müvafiq lisenziya alsınlar. Çünki indidən dövlət rüsumu ödəyərlər, lisenziya alarlar və sonradan bəlli olar ki, ümumiyyətlə, lisenziya almaq lazım deyil”.

Nazir qeyd edib ki, lisenziyaların verilməsi ilə bağlı artıq İqtisadiyyat və Sənaye Nazirliyində xüsusi qurum yaradılıb: “İqtisadiyyat və Sənaye Nazirliyi bütün xüsusi lisenziyaları “ASAN xidmət” vasitəsilə verəcək. Bu istiqamətdə işlər çox sürətlə aparılır. Nazirlikdə bununla bağlı yeni şöbə yaradılıb. “ASAN xidmət”də İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri əyləşib. Sabahdan onlar lisenziyaların verilməsi ilə məşğul olacaqlar. Bu proseslər çox operativ, yüksək səviyyədə keçiriləcək, şübhəsiz ki, çox şəffaf olacaq. Bütün xüsusi lisenziya almaq istəyən sahibkarlar vaxtında lisenziyaları alacaqlar. Onlara çox yüksək keyfiyyətdə xidmət göstəriləcək”.

Qeyd edək ki, Ş. Mustafayev səsvermə hüququndan istifadə edərək səs verib. O, vətəndaşların seçkidə fəal iştirak etdiklərini söyləyib: “Hesab edirəm ki, Azərbaycanda seçkilər yüksək səviyyədə, demokratik, insan hüquq və azadlıqları tam qorunmaq şərti ilə keçirilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam