"İqtidar çoxpartiyalı sistemi sıradan çıxarıb"
Müsavat başqanı ArifHacılı qurultaydan sonrakı bir il müddətdində partiyanlın fəaliyyəti və parlament seçkiləri ilə bağlı məytbuat konfransı keçirir.
"Xeberinfo.com": Mətbuat konfransında iştirak edən "musavat.com"un əməkdaşı bildirir ki, A.Hacılı Müsavat Partiyasının qurultayından keçən bir il müddətində parrtiyanın strukturlarının möhkəmləndirilməsindən danışıb. Müsavat başqanı qeyd edib ki, üç rayon təşkilatı, qadınlar birliyi yenidəın qurulub. A.Hacılı Müsavatın xarici əlaqələrinin möhkəmlədrildiyini bildirib. O, musavat.com saytına və digər bir neçə sayta Müsavata informasiya dəstəyi verdiyinəı görə təşəkkür edib. A.Hacılı deyib ki, bu bir ildə Müsavata xeyli sayda üzvlər qəbul edilib. Partiyadan çıxan vəçıxarılanların sayı üzv olanların sayından dəfələrlə azdır.
Çıxışını davam etdirən Arif Hacılı seçkilərdən danışarkən bildirib ki, hajimiyyətin seçkini saxtalaşdlırmaq ehtimalı böyükdür: "Azərbaycan iqtidarı ölkədə çoxpartiyalı sistemi sıradan çıxarıb, faktiki olaraq".
A.Hacıllı 1993-cü ildən bu yana bütün seçkilərin saxtalaşdırldığını bəyan edib. O, həmçinin bildirib ki, Müsavat buna baxmayaraq indi də seçkidıə işştirak etməklə ölkədə demokratiya uğrunda mübarizə aparan qüvvənin, partiyanın olduğunu nümayiş etdirir: "Seçkilıərin boykot edildiyi halda cımiyyətə verilən əsas mesaj o olur ki, ölkədə müxalifət yoxdur. Müsavat isə seçkiyə getməklə nümyiş etdirir ki, ölkədə müxalifət var,müxalifət mübarizə aparır, sadəcə halkimiyyət müxalifəti güc yolu ilə əzir. Ən asan yol boykotdur. Müsavata isə asan yolu yox, ən çətin yolu,mübarizə yolunu seçib. Müsavata, namizədlərinə, nümayəndələırinə amansız basqılar var".
Seçki dairələrinin əksəriyyətində imza topladıqlarından danışan Müsavat başqanı deyib ki, bu, təxminən 40 min imza deməkdir: "Bir neçə dairədə icra hakimiyyəti orqanları imkan vermədilər. Qalan bütün dairələrdə imzaları toplamışıq. Bu günə qədər 12 namizədimiz qeydə alınıb. Digərlərinin sənədləri təqdim edilib, DSK-larda baxılır. Biz seçkiyə qatılmaqla bir sıra hədəflərə nail olmuşuq. Artıq biz bu seçki prosesində 300 mindən çox seçici iləı təmaslar qura bilmişik. Ölkədə hakimiyyətin seçki saxtakarlıqlılarına hazlırlaşdığını, qanunsuzluqları ifşa etmişik. Yəqin ki yaxın günlərdə qeydiyyat prosesi başa çatdıqdan sonra Müsavatın seçkidəiştirakı davam etdirib-etdirməmək məsələsi yəqin ki, Divanda müzakirə aparılacaq. NİDA və REAL-la dabundan sonra seçkidə hansı şəkildə iştirak etmək məsələsini müzakirə edəcəyik”.