Azərbaycan diplomatiyasının iflası
Azərbaycanın İspaniyadakı səfiri vəzifədən azad olunsa da, o, postunu tərk etməyib.
"Xeberinfo.com": Məlumata görə, prezidentin fərmanı ilə cari ilin may ayından Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev öz vəzifəsindən geri çağırılıb. Ancaq A.Əfəndiyev bu günə qədər, nəinki, öz kabinetini azad etməyib, hətta, ölkənin elçisi kimi öz fəaliyyətini davam etdirir. Səfirliyin saytında indiyə qədər göstərilir ki, A.Əfəndiyev İspaniyada Azərbaycanın səfiridir.
Səfirlikdən saytlara açıqlamada isə Altay Əfəndiyevin yerinin boş olduğu deyilir. Lakin onun hal-hazırda vəzifəsini yerinə yetirib – yetirməməsi sualına cavab verməkdən imtina edən səfirlik, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət etməyi məsləhət görür. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti də susur və mövqe bildirmək istəmir.
Altay Əfəndiyev – Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri
Bu, Azərbaycan diplomatiyasının 96 illik tarixinə yaraşmır. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xarici İşlər Nazirliyi Katibliyinin yaradılması haqda qərar qəbul edilib. Bu tarix Azərbaycanın peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur.
Hazırda Azərbaycanın dünya dövlətlərində 73 səfiri var ki, ölkə vətəndaşları bunların maksimum 10-nun fəaliyyəti ilə tanışdır. Digərlərini isə tanıyan belə yoxdur. Vəzifədə olduqları dövrdə gördükləri xidmətlərlə yadda qalan səfirlərin sırasında AzərbaycanınRusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu, Fransadakısəfir Elçin Əmirbəyovu, Amerikadakı səfir Elin Süleymanovu Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovu, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovu, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevi göstərmək olar.
Polad Bülbüloğlunun konsulluq fəaliyyəti ərzində Azərbaycan-Rusiya münasibətlərinin aktual məsələləri, qarşıdakı dövrdə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün daim yürütdüyü xarici siyasət öz bəhrəsini verib.
Polad Bülbüloğlu – Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Səfir Elin Sülüymanov Azərbaycan Amerika münasibətlərinin genişləndirilməsi istiqamətində bir sıra addımlar atıb. Bundan başqa, hər il ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Vaşinqton şəhərində anım mərasimi keçirilir.
Elin Süleymanov - Azərbaycanın Amerikadakı fövqəladə və səlahiyyətli səfiri
Elçin Əmirbəyov da Azərbaycanı xaricdə tanıtmaq, onun ərazisinin Ermənistan tərəfindən işğal olunmasını layiqincə təbliğ etmək məqsədilə dəfələrlə tədbirlər təşkil edir.
Elçin Əmirbəyov – Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri
Azərbaycanın Gürcüstana yeni təyin olunan səfiri Azər Hüseyn iki ölkənin xalqının rifahı naminə əlindən gələni edir. Konsul iqtisadi-siyasi və mədəni əlaqələrin inkişafı məsələsi də xüsusi diqqət yetirir.
Azər Hüseyn – Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri
Cavanşir Axundov isə Azərbaycanın İranla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyindən, İrandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəmir.
Cavanşir Axundov – Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri
Zakir Həşimov Azərbaycan dilini, mədəniyyətini, adət-ənənəsini diplomat olduğu ölkədə nümayiş etdirmək üçün dəfələrlə tədbirlər həyata keçirib.
Zakir Həşimov - Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri
Amma adı çəkilən 5-6 nəfərlə iş bitmir. Azərbaycanın xaricdə 73 səfirinin olduğunu bildiyimiz halda, digər nümayəndələrin xaricdə nə işlə məşğul olduqlarını bilmək çox maraqlıdır. Amma ölkə başçımızın hər sahəyə nəzər yetirdiyini, hər sahədə nöqsanlar və onları yaradanların barəsində ciddi tədbir gördüyünə əsasən, tam əminliklə demək olar ki, bu sahədə də ciddi addımlar atılır.
“Diplomatik xidmət haqqında” qanunun 11.2 maddəsinə Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı xüsusi əlavə daxil edilıb: “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə, Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər”.
ANS PRESS