Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ölkəmizi məhv etmək istəyirlər”

 

“Xüsusilə bugünkü reallıqlar kifayət qədər əsas verir ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr etsin, çünki həm beynəlxalq müstəvidə, həm ölkə daxilində aparılan siyasətimiz, görülən işlər doğurdan da dəyərlidir”. 

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri prezident İlham Əliyev bu gün Bakıda 148 saylı məktəbin açılışında çıxışı zamanı bildirib.

“Vətənpərvərlik, milli ruh - budur bizim cəmiyyətimizin əsasları. Bəzi xarici qüvvələr bu əsasları sarsıtmaq istəyirlər, bizi öz kökümüzdən ayırmaq istəyirlər. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi, dinimizi, dilimizi, adət-ənənələrimizi qorumuşuq və bu gün də qoruyacağıq. 

Və bizim cəmiyyətimizin mənəvi dayaqlarını sarsıtmaq istəyənlər bizim ölkəmizi məhv etmək istəyirlər. Ona görə güclü milli-mənəvi dəyərlər əsasında qurulmuş bugünkü Azərbaycan regionun sabitliyində də öz rolunu oynayır və gənc nəsil vətənə bağlı, vətənpərvər, vətəni hər şeydən üstün tutan insanlar olmalıdır” - deyə İ.Əliyev bəyan edib.

Prezident bildirib ki, gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər və Azərbaycanın gələcəyi onların biliyindən, savadından, vətənə bağlılığından asılıdır: “Bu gün Azərbaycan etibarlı əllərdədir. Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Nə qədər çalışsalar da bunun heç bir əhəmiyyəti yoxdur”.

İ.Əliyevin sözlərinə görə, Azərbaycana qarşı yönələn təzyiqlərin, təhqirlərin, hücumların əsasında da ölkənin apardığı müstəqil siyasət dayanır: “Bəzi qüvvələr istəyirlər ki, Azərbaycanı özlərinə tabe etsinlər, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu da mümkün deyil, çünki bizim ümumi inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqın iradəsinə əsaslanır, milli dəyərlərimizə əsaslanır və bizim maraqlarımıza əsaslanr. İlk növbədə Azərbaycanın maraqlarıdır, ilk növbədə Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və rifahıdır.

Və görəndə ki bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar. Biz də buna hazırıq, layiqli cavabını veririk və verəcəyik. Elə etməliyik ki, bizim uğurlu inkişafımıza heç bir kənar qüvvə mane olmasın. Bu gün Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub və kifayət qədər güclü potensiala malikdir. Biz ölkəmizi böyük inamla idarə edirik. Əsas məsələ gənc nəslin də bu ruhda tərbiyələnsinlər, milli ruhda”.

İlham Əliyev qeyd edib ki, gənclərin milli ruhda tərbiyələndirilməsi biliklə, savadla bərabər eyni əhəmiyyətə malik məsələdir: “Müəllimlər, siz də çalışın ki, gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyələnsinlər, vətənə bağlı olsunlar, vətəni sevsinlər və müstəqilliyi hər şeydən üstün bir dəyər kimi qəbul etsinlər.

Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaq, çünki bugünkü dünyada biz görürük ki, bəzi hallarda ideoloji müharibələr gedir, xüsusilə gənclərlə bağlı xüsusi proqramlar icra edilir, qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür və nəticə etibarilə bu həmin ölkələrdə problemlərə gətirib çıxarır.

Elə etməliyik ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq. Bu gün dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır”.

Prezident qeyd edib ki, bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır:“Bu gün bir çox yerlərdə dünyada gedən prosesləri gənclər bilir və görürlər. Gənclər formalaşmaqda olan insanlardır. Və bəzi hallarda onlara təsir etmək o qədər də çətin olmur. Ona görə də biz gənclərimizi yad təsirdən qorumalıyıq, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq.

Qloballaşma adı altında eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var. Biz əsrlər boyu müstəqillik arzusu ilə yaşamışıq və bu gün müstəqil ölkə kimi yaxşı yaşayırıq.

Ölkədə təhlükəsizlik, əmin-amanlıq hökm sürür, ictimai asayiş qorunur, sabitlik var, inkişaf var. İndi ölkələrin bir çoxunda böhran yaşanır, Azərbaycanda isə belə gözəl məktəblər tikilir, yollar salınır, abadlıq işləri aparılır.

Görün indi, Avropda hansı dəhşətli hadisələr baş verir. Yazıq insanlara, müharibədən qaçan insanlara qarşı hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri? Budurmu uzun illər bəyan etdikləri prinsiplər? Bəs haradadır toleratnlıq, haradadır multikultiralizm, xeyirxahlıq, mərhəmət? Biz bunları görmürük. Nəyi görürük? Dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, islamafobiya, ksenofobiya, fazişm, irqçilik”. 

Dövlət başçısının sözlərinə görə, bu dəyərləri bəziləri Azərbaycanda da tətbiq etmək istəyirlər“Belə dəyərlər bizə lazım deyil. Qoy özləri üçün qalsın. Bu gün Avropa məkanında yaşanan bu böhran mənəvi böhran, mənəvi sarsıntıdır. Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür. Biz bunu görmürük. Ona görə bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi dairələr öz iç üzünü açırlar. Daha pərdələnə bilmirlər”.

İlham Əliyev Azərbaycanın milli dəyərlərinin mənəviyyat, vətənpərvərlik, ləyaqət və milli qürurun olduğunu qeyd edib: “Budur bizim dəyərlərimiz və biz bu dəyərləri qoruyacağıq. Biz qarşı aparılan kampaniyalara biz layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz. 

Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri. Bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər”.

Dövlət başçısı əmin olduğunu bildirib ki, ölkənin qarşısında duran bütün vəzifələr uğurla icra olunacaq: “Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam