Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cəbhədə vəziyyəti Rusiya qarışdırır?

 

Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya qəfil səfəri Qərb mətbuatının da diqqətindən yayınmayıb.

"Xeberinfo.com":   Məlumata görə, bəzi ekspertlər Lavrovun səfərini Moskva Rusiya-Azərbaycan yaxınlaşması kimi şərh edirlər. Siyasi analitiklər iddia edirlər ki, Lavrovun Bakı səfərindən sonra cəbhədə vəziyyətin gərginləşməsi heç də təsadüfi deyil. Ehtimal edilir ki, təmas xəttindəki gərginliyin arxasında gizli məqamlar dayanır.

Lavrovun gözlənilməz Bakı səfərinə erməni mətbuatı da geniş yer ayırdı. Rusiyanın xarici işlər nazirinin Bakıda verdiyi mesajlar düşmən tərəfindən ciddi narahatlıqla qarşılanıb. 

Erməni KİV-ləri cəbhəboyu vəziyyətin gərginləşməsini məhz bu səfərlə əlaqələndirirlər. Erməni mətbuatında yer alan məlumata görə, Rusiya tərəfi cəbhədə vəziyyəti gərginləşdirməklə erməniləri Dağlıq Qarabağ və ətrafda olan bir neçə rayonu Azərbaycana geri qaytarmağa təhrik edir. 

Erməni KİV-ində dərc olunan digər bir xəbərə görə, yaxın vaxtlarda cəbhədə vəziyyət o qədər gərginləşəcək ki, Rusiya Ermənistana əlavə qoşun yerləşdirəcək və rayonların Azərbaycana geri qaytarılmasından sonra əhali arasında baş verə biləcək mümkün etiraz aksiyalarının yatırılmasında Sarkisyan rejiminə kömək edəcək. 

Bəs, görəsən Lavrov Bakıya hansı mesajlarla gəlmişdi. Cəbhədəki son olayların bu səfərlə nə əlaqəsi var?



Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, Rusiyanın siyasi elitasında mühüm şəxslərdən biri olan Lavrovun politoloqların dili ilə desək ölkəmizə qəfil səfəri çoxlu suallar, mülahizələr və proqnozlar doğurdu və bu əsassız deyildi. 

Millət vəkilinin sözlərinə görə, müxtəlif diplomatik kanallar, xəbərlərin başqa vasitə ilə çatdırılması və münasibətlərin öyrənilməsi imkanları durduğu yerdə, Rusiyanın rəhbər şəxslərindən birinin xüsusi tapşırıqla Azərbaycana gəlməsi sadə bir səbəbli ola bilməzdi.

“Lavrovun dediyi kimi onun yalnız 9-12 sentyabr tarixlərində Sverdlovskda keçiriləcək “Russia Arms Expo-2015” sərgisinə ölkəmizin dəvət məktubunu gətirməsi o qədər də inandırıcı görünmür. Yəqin ki, səbəb daha başqadır. Elə həmin sərgi məsələsinə toxunsaq Ermənistan uzun illər ərzində Rusiya ilə Azərbaycanın hərbi münasibətlərinə zərbə vurmağa çalışırdı. O baxımdan bu arqumentin də üzərində qərarlaşsaq? demək Azərbaycanın Rusiya ilə əməkdaşlığı davam edəcək”. 



Z.Oruc hesab edir ki, Lavrovun səfəri konteksində regional problemlər - “NATO”nun artıq Gürcüstanı tamamilə götürməsi və hərbi cəhətdən ora gəlməsi, İranın beynəlxlaq siyasətə fəal qayıdışı və bunun regionda yaradacağı geopolitik dəyişikliklər və s. müzakirə oluna bilərdi. 

O, qeyd edib ki, bunlarla paralel Qarabağ məsələsi də müzakirələrin mühüm bir hissəsini təşkil edib:“Lakin bu bizim siyasi fikir adamlarının iddia etdiyi səviyyədə deyil. Yəni burada Azərbaycana təzyiq, atəşkəsi pozmağa görə ölkəmizə ultimatum, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində kəskin bir müdafiə elementləri yer alsaydı, bu sentyabrın 2, 3-də və yaxud da ötən bir həftə ərzində özünü göstərərdi. Deməli Rusiya Azərbaycana Qarabağdakı vəziyyətə görə təzyiq etmək niyyətində deyil. Əksinə Rusiya Ermənistana beynəlxalq siyasətin dəyişməsi fonunda Qarabağda müəyyən güzəştlərə getməyi təlqin edir. Ola bilsin ki, xalqın içindən və Ermənistanın hərbi xunta rejimindən buna müqavimət göstərənlər var. 

İddia etmirəm ki, Rusiya tarixi müttəfiqini satmaq niyyətindədir, amma Qarabağ siyasi rejiminə qarşı Rusiya tərəfindən müəyyən bir təzyiqlər başladılıb. Bu Azərbaycanın əli ilə edilir. Rusiya müəyyən mənada özünü, elə həm də satdığı külli miqdarda silahlarla Qarabağda haqlı olaraq qətlə yetirilən və işğalçılıq siyasətini davam etdirmək istəyən qüvvələrin zərbə almasını istəyir. Ermənilərin güzəştə getməsini bu yolla görür. Belə demək mümkündürsə, yeddi rayonun qaytarılması fonunda yenidən kommunikasiyaların açılması, regionda tamam ayrı bir vəziyyətin bərqərar olması yalnız bu addımlardan keçir. Rusiya Azərbaycanı Qarabağda hər gün ermənilərə verdiyi itkilərə görə, nəinki cəzalandırmaq fikrində deyil, əksinə bunu ermənilərin özünə verilən cəza kimi görünür”. 

Həmçinin sual oluna bilər ki, Lavrov mənşəcə ermənidir, indi bu halda onun hansı hissi üstünlük təşkil edir? 
Milli mənşəyinə görə addımlar atmalıdır, yoxsa mənsub olduğu dövlətin prezidenti tərəfindən verilən vəzifəni öndə tutmalıdır?” 

Millət vəkilinin sözlərinə görə, diplomatiyanın tarixi sübut edir ki, bu məsələdə hər zaman siyasətçilər və diplomatlar onların üzərinə qoyulan vəzifə ilə hərəkət etməyə üstünlük verirlər: “Cəbhəboyu ərzilərdə Azərbaycan Silahlı Qüvvələrinin ermənilər tərəfə çox kəskin zərbələr vurması sübut edir ki, hər gün Moskvaya İrəvandan verilən raportlar, itkilərin miqyası haqqındakı vəziyyət Kremli narahat etmir. Əslində bu onların ssenarisinə uyğun gedir. Ona görə də ermənilər Rusiya ilə Azərbaycanın münasibətinə zərbə vura bilmir. 1990-cı illərdə proses tam bizim ziyanımıza gedirdi. Onda ermənilər hər bir vasitəilə Rusiyanı Azərbaycanın üzərinə qaldıra bilirdi. Belə hesab edirəm ki, Azərbaycan siyasi hakimiyyəti bu baxımdan Rusiya ilə münasibətlərini doğru, düzgün müstəvidə qurmaqdadır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam