Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Namizədliyimi versəm, Sabir Rüstəmxanlı namizəd olmayacaq”

 

“Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürmək fikrim var. Mən namizədliyimi irəli sürəcəyəmsə,Sabir Rüstəmxanlı namizəd olmayacaq”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında “Azəri-Türk” Qadınlar Birliyinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı deyib.

 

T. Rüstəmxanlı bildirib ki, deputatlığa namizəd olmaq fikrindədir. O bu barədə S. Rüstəmxanlı ilə razılığa gəldiklərini də deyib. “Sabir Rüstəmxanlı partiya lideri olaraq qalacaq. Hələ ki, fikrimiz belədir, ancaq hər şeyi zaman göstərəcək”.

 

S. Rüstəmxanlı isə APA-ya açıqlamasında deputatlığa namizədliyini irəli sürəcəyi haqqında qərar vermədiyini deyib: “Hələ ki, partiyanın başqa namizədləri müəyyənləşdirilir. Mən problem deyiləm”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam