Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rauf Arifoğlu deputatlığa namizəd ola bilər

 

"Yeni Müsavat" qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğlu doğulduğu Tovuz rayonundan namizədliyini irəli sürə bilər. 

 "Xeberinfo.com":   Məlumata görə, baş redaktor Teleqraf.com-a açıqlamasında bildirib ki, o, seçkilərdə iştirakla bağlı qəti qərar verməyib: "Seçkilərdə iştirak etmək niyyətim var, amma hələ qəti qərar verməmişəm. Prosesləri izləyirəm, dairələrə baxıram. Əgər qərar verəsi olsam, bu, bir-iki gün ərzində həll olunacaq məsələdir. Ona görə də tələsmirəm".

R.Arifoğlu qeyd edib ki,  namizədliyini vermək istəsə, 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsini seçəcək: "Doğulduğum kənd bu dairədə yerləşir.  Amma seçkilərdə iştirak etməyə də bilərəm. Açığı seçkilərdə iştirakla bağlı böyük iddiam, həvəsim yoxdur".

Baş redaktor  təbliğat kampaniyası dövründə  müxalifətdən olan namizədlərə "Yeni Müsavat" qəzetinin dəstək verib-verməyəcəyinə də toxunub: "Bəzi dostlara güzəştlər olunacaq. Amma indidən bu barədə heç nə deyə bilmərəm. Məqamı yetişəndə bununla bağlı da qərarımızı verəcəyik".

Qeyd edək ki, hazırda həmin dairəni parlamentdə Ədalət Partiyasının sədri İlyas İsmayılov təmsil edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam